Əsas Səhifə > Şou-biznes > «EUROVISION-2012» TƏMSİLÇİLƏRİ BAKIYA GƏLİR

«EUROVISION-2012» TƏMSİLÇİLƏRİ BAKIYA GƏLİR


12-05-2012, 11:44
«EUROVISION-2012» TƏMSİLÇİLƏRİ BAKIYA GƏLİR

«BİZİ SEVİN! ÇÜNKİ BİZ SİZİN ÖLKƏNİZİ SEVİRİK»

«Eurovision-2012» beynəlxalq mahnı müsabiqəsində iştirak edəcək nümayəndə heyətləri artıq Bakıya gəlməyə başlayıb. APA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mayın 12-nə keçən gecə Monteneqro, Latviya və Belçikanın nümayəndə heyətləri Bakıya gəlib.

Latviya təmsilçisi Anmari tamaşaçıları Azərbaycan dilində salamlayaraq «Sarı gəlin» xalq mahnısını canlı ifa edib. «Elə bil ikinci Vətənimdəyəm» deyən Anmari hamını Bakıya gecə gəlməyə səsləyib. O, Bakının gecələrinə vurulduğunu bildirib: «Bakının havası, işıqları mənə vətənimi xatırlatdı. Elə bildim ikinci vətənimdəyəm». Anmari bütün «Eurovision» tamaşaçılarına belə müraciət edib: «Bizi sevin! Çünki biz sizin ölkənizi sevirik».

Monteneqro nümayəndə heyətinin rəhbəri Lidija Backoviç Bakıya ikinci səfərindən məmnunluğunu dilə gətirib: «İlk səfərimdə şəhəri gəzmək fürsətim olmadı. Ümid edirəm ki, bu dəfə mədəniyyətinizdən və şəhərinizin gözəlliyindən doyunca zövq almaq imkanım olacaq».


Geri qayıt