Əsas Səhifə > Partiya > “HAKİMİYYƏT VERDİYİ SÖZƏ ƏMƏL ETMİR”

“HAKİMİYYƏT VERDİYİ SÖZƏ ƏMƏL ETMİR”


12-05-2012, 13:23
“HAKİMİYYƏT VERDİYİ SÖZƏ ƏMƏL ETMİR”

“DÜNYAYA DEMƏK İSTƏYİRİK Kİ”...

Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın mayın 13-nə təyin etdiyi aksiyaya dair müraciətinə uyğun olaraq 20-ci yaşayış sahəsində yerləşən sürücülük məktəbinin stadionunu ayırıb. İP üzvləri Bakı merinin bu qərarına etiraz edərək may ayının 14-də Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında aksiya keçirəcəkləri barədə qərar veriblər. İP-nın bundan sonrakı fəaliyyət planı haqqında FaktXeber.com-a açıqlama verən Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı, qurumun Eurovision ərəfəsində əsas hədəfinin vicdan məhbuslarının azadlığı ilə əlaqədar olacağını bildirdi: “Vicdan məhbusu olan ölkədə Eurovision tədbirinin keçirilməsi gülüncdür. Lakin İP olaraq bu tədbirin keçirilməsinin əleyhinə deyilik. Sadəcə olaraq ölkədə keçiriləcək hər bir yarış Azərbaycan xalqının mənafeyinə xidmət etməlidir. Mənafeyə xidmət etməyin bir növüdə ölkənin beynəlxalq aləmdə imicini müsbətə doğru formalaşdırmaqdan ibarətdir.”

Artıq amerikalı müğənnilərindən birinin “Eurovisiona” gəlməkdən imtina etdiyni qeyd edən başqan müavini, bunun səbəbini ölkədə baş verən qanun və mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar olduğunu bildirdi: “Amerikalı müğənni rəsmi açıqlama verdi ki, Eurovision mahnı müsabiqəsinin keçiriləcəyi yerdən insanlar məcburi şəkildə köçürüldüyünə və ölkədə insan haqları ciddi şəkildə pozulduğuna görə mən Azərbaycana gəlməkdən imtina edirəm. Məgər belə bir hal Azərbaycan hakimiyyətinin xoşuna gəlir?”

Gülağa bəy onu da qeyd etdi ki, müsabiqəyə qədər əgər Azərbaycan hakimiyyəti vicdan məhbuslarını azad etməyəcəklərsə, mahnı müsabiqəsi ərəfəsində aksiyalar təşkil ediləcək: “Biz yarış ərəfəsində müsabiqənin keçirilməsinə maneəçilik törətmək deyil, dünyaya çatdırmaq istəyir ki, Azərbaycan hakimiyyətinin sözü ilə əməli üst-üstə düşmür. Hakimiyyət düşünüb daşınıb öz inadından və xalqına qarşı kin-kidurətdən əl çəkməlidir.”


Geri qayıt