Əsas Səhifə > Sosial, Manşet > NAZİR MƏTBUATA NƏDƏN PUL PAYLAYIR?
NAZİR MƏTBUATA NƏDƏN PUL PAYLAYIR?12-05-2012, 13:33 |
ƏBÜLFƏZ QARAYEVİN GEDİŞİ İLƏ BAĞLI QƏRAR QƏTİLƏŞİB - DEYİLİR DİA.AZ: - “Gənclər və idman naziri Əbülfəz Qarayev yaxın günlərdə vəzifəsindən azad ediləcək”. Bununla bağlı məlumatı redaksiyamıza etibarlı mənbələr ötürüb. Mənbənin DİA.AZ-a bidlridiyinə görə, artıq bununla bağlı hakimiyyətin ən yuxarı dairələrində qərarın qətiləşdiyini deyilsə də, rəsmi açıqlamanın may ayının sonuna qədər veriləcəyi planlaşdırılır: “Bakı “Eurovision” beynəlxalq musiqi yarışmasına ev sahibliyi etdiyi günlərdə iqtidar hansısa naziri istefaya göndərib, diqqəti bu məsələyə çəkmək niyyətində deyil. Buna görə də, Əbülfəz Qarayevin vəzifədən azad ediləcəyinə dair rəsmi qərar bir qədər yubadılır. Amma “Eurovision” müsabiqəsi başa çatan kimi, bununla bağlı qərar rəsmiləşəcək”. Xatırladaq ki, Əbülfəz Qarayevin istefaya göndəriləcəyinə dair xəbərlər yeni deyil. Bundan öncə də mətbuatda bununla bağlı çeşidli xəbərlər yer alıb. Nazir kimi, son günlərini yaşayan Əbülfəz Qarayevin gözlənilən təhlükəni önləmək üçün “səxavət kisə”sinin ağzını açıb, mətbuat orqanlarına pul payladığı da söylənilənlər arasındadır. Geri qayıt |