Əsas Səhifə > Dünya > ERMƏNİLƏR YENƏ DƏ XİSLƏTLƏRİNİ GÖSTƏRİR

ERMƏNİLƏR YENƏ DƏ XİSLƏTLƏRİNİ GÖSTƏRİR


13-10-2011, 14:52
ERMƏNİLƏR YENƏ DƏ XİSLƏTLƏRİNİ GÖSTƏRİR

İRƏVANDA “TALIŞŞÜNASLIQ” KONFRANSI KEÇİRİLƏCƏK

Noyabrın 12-də İrəvanda “II Beynəlxalq Talışşünaslıq Konfransı”nın keçirilməsi planlaşdırılır.

“Qafqazinfo”nun məlumatına görə, xəbər talısh.org saytında yayılıb. Bundan əlavə, saytda Rusiya Federasiyasının Talış Diasporu Təşkilatının prezidenti İ.Şabanovun da bəyanatı yer alıb. Bəyanatda Azərbaycanda “talışşünaslığa” qarşı diskriminasiya hallarının olduğu göstərlir. Rusiyada olduğu bilinən təşkilat Azərbaycanda talış probleminin olduğunu iddia edir. Bəyanatda deyilir: “Hamımıza məlumdur ki, Azərbaycan Respublikasında talışşünaslıq üzrə elmi və mədəni mövzüda hər hansı bir konfransın dövlət və ictimai səviyyədə keçirilməsinə imkan verilmir. Baxmayaraq ki, belə şərait Azərbaycanda bəzi xalqlar üçün yaradılmışdır. Bunula yanaşı "Talış Diasporu” Təşkilatı ümid edir ki, yaxın gələcəkdə respublika hakimiyyəti talış probleminə də nəhayət diqqət edəcəkdir. Belə ki, insan sivilizasiyasının ən qədim məskənlərindən biri olmasına iddia edən ölkə üçün qədim tarixə malik olan etnosun saxlanılması həyati əhəmiyyət kəsb edir.”

Bəyanat müəllifi Azərbaycanda talışların ana dili, ad və özünüidarə məsələləri ilə bağlı konfranslar keçirmək hüququnun olduğunu qeyd edir. Lakin bu hüququn nə üçün İrəvanda gerçəkləşdirmək istəyini göstərmir: “Rusiya Federasiyasının Talış Diasporu Təşkilatı hesab edir ki, respublikanın digər xalqları kimi talışların da ad, ana dili, özünüidarə və habelə bu məsələlərlə bağlı konfranslar keçirtmək və onların işində iştirak etmək hüququ vardır. Lakin biz hansısa qüvvələrin özünün geosiyasi qarşıdurmalarına görə talış faktorundan istifadənin qəti əleyhinəyik. Biz istəməzdik ki, hətta bir nəfər nümayəndəsinin hərəkətləri belə xalqımızın haqq işinə mənfi çalar versin və talışçılığın əxlaqi tərəfi xalqımızın xeyrinə işləməsin”.

İ.Şabanov (internet saytı bu adamın adını göstərməyb-red.) Azərbaycanın demokratikləşdirlməsi məsələsini önə sürür: “Hesab edirik ki, Azərbaycanın demokratikləşdirilməsi uğrunda ümumi mübarizə aparmaq daha düzgün yoldur. Yalnız demokrarik cəmiyyətdə Azərbaycanı təmsil edən xalqlar üçün özünürealizə imkanların yaranması mümkündür”.

Bəyanatda ölkədə xalqların konstitusion hüquqlarının ətrafında spekulyasıyanın olduğu da ye alıb: “Biz, talış diasporasının nümayəndələri Azərbaycan rəhbərliyindən xahiş edirik ki, ölkənin köklü xalqlarının, onların milli ənənələrinin, dilinin, mədəniyyətinin qorunması və inkişafı üçün elmi tədbirlərin və konfransların azad keçirilməsinə şərait yaratsın. İnanırıq ki, bu ölkədə tolerantlığın bərqərar olmasına, Azərbaycanın beynəlxalq səviyyədə avtoritetinin qalxmasına səbəb olmaqla yanaşı, ölkənin köklü xalqlarının konstitutsion hüquqlarının pozulması ətrafında edilən spekulyasiyaların dayandırılmasına kömək etmiş olar.”


Geri qayıt