Əsas Səhifə > Güney Press, Araşdırma > BİR YANDA “AVROVİZİYA”, BİR YANDA REPRESSİYA...

BİR YANDA “AVROVİZİYA”, BİR YANDA REPRESSİYA...


14-05-2012, 12:19
BİR YANDA “AVROVİZİYA”, BİR YANDA REPRESSİYA...

AZƏRBAYCANIN İMİC TOQQUŞMASI

Azərbaycanın imici məsələsi aprelin son günlərində heç vaxt olmadığı kimi aktualdır. İmic kontekstində iki Azərbaycan toqquşur – hakimiyyətin reklam etdiyi çiçəklənən və uğurlu, rejim opponentlərinin gördüyü qeyri-azad və avtoritar.

İmic mövzusuna “Avroviziya 2012” mahnı müsabiqəsi aktuallıq gətirib. Hüquq müdafiəsi təşkilatları Avropa yayımçılarının festival sahiblərinə olan yığıncaq, söz və insan haqlarının təmin edilməsi tələbini diqqətdən qaçırmadılar. Azərbaycan Avropa Yayım İttifaqının nadir üzvlərindəndir ki, müxtəlif hesabatlardakı məlumatlara əsasən, xeyli siyasi məhbus və vicdan məhbusu var.

Prezident İlham Əliyevin administrasiyası bu iradları rədd etməyə çalışır. Son illər hakimiyyət rejimə sığal vurmaq üzrə beynəlxalq kampaniyalara çoxmilyonlu vəsait qoyub. CNN və Euronews-dakı çarxlar, Washington post və New York Times-dakı məqalələr Azərbaycanın Odlar Ölkəsi, Maiden's və Crystal Tower ölkəsi kimi imicinin formalaşdırılıması yolunun dumanlı olacağını vəd etmirdi.

Amma bu yaxınlarda CNBC, ARD, France press-in obyektivləri ölkəni başqa cür göstərdi. Onlar Avropa üçün müqəddəs olan xüsusi mülkiyyətin toxunulmazlığının pozulmasına diqqət çəkdilər.

Fundamental dəyər – insan azadlığı hüququnun müdafiəsi üzrə beynəlxalq kampaniya görünməmiş vüsət aldı və mahnı müsabiqəsini arxa plana atdı.

2011-ci ilin mayında Ell/Nikki duetinin qələbəsindən sonra Düsseldorfda heç nə Azərbaycanın bir-birini istisna edən iki imicinin toqquşmasından xəbər vermirdi. Hakimiyyət inersiya ilə çiçəklənən ölkənin xarici brendini cilalamaqda, Bakının mərkəzini bəzəməkdə davam etdi. Onu bütün Azərbaycanın əsl siması kimi qələmə vermək istəyirlər. Hərçənd reallıqda paytaxtın rayonları və regionlar postsovet durğunluğunun – viranəlik və aşağı səviyyəli məişət mədəniyyətinin təcəssümüdür. Həmçinin ənənəyə uyğun olaraq, rejim haqq və azadlıqları pozmaqda davam edir. Evlər zorakı yolla sökülür, vətəndaş cəmiyyəti fəalları və jurnalistlər həbs edilir.

Bu ziddiyyətli süjetdə imic mövzusu bir tərəfdən aşkar ifadə edilən siyasi xarakter alır, mövzu Azərbaycan hökuməti ilə Avroatlantik camiəsi arasında dəyərlərə baxışların toqquşma məkanı olur. Digər tərəfdən, Azərbaycan cəmiyyətində dərin sosial gərginlik və təbəqələşmə aşkarlanır. Bu, özünü bir sıra asayiş pozuntularında göstərdi.

Nə birinci, nə də ikinci Qərb KİV-nin diqqətindən yayınmadı, Almaniyanın ağırçəkili media orqanları avanqard oldular. Onların Əliyev administrasiyasına sərt mövqeyinə qarşı kəskin reaksiyası Azərbaycanın və şəxsən prezidentin bir sıra xarici və yerli piar kampaniyaları tərəfindən yaradılan ləyaqətli imicini ciddi şəkildə sarsıtdı.

Əlbəttə, bir il əvvəl demokratik Almaniyada start götürən mahnı estafetinin qeyri-demokratik Azərbaycandakı kulminasiyası qabaqdadır. Qarşı duran dünyaların imic toqquşması labüddür.

Turan Analitik Xidməti

Geri qayıt