Əsas Səhifə > Güney Press, Üçüncü sektor > TİFLİSİN SELİ AZƏRBAYCANI VURA BİLƏR?
TİFLİSİN SELİ AZƏRBAYCANI VURA BİLƏR?14-05-2012, 12:23 |
MİNGƏÇEVİR SU ANBARI ƏLAVƏ SU QƏBUL EDƏ BİLƏR Gürcüstanın paytaxtında baş vermiş daşqın qurbanlarının sayı beş nəfərə çatıb. Bazar günü fövqəladə vəziyyətlər üzrə xidmətin nümayəndələri bildiriblər ki, həlak olanlar arasında iki uşaq var. Daşqın leysan yağışları nəticəsində Kür çayının sahilə çıxması səbəbindən baş verib. Tbilsinin Krsanissk rayonunda onlarla ev və avtomobillər su altında qalıb. Xilasedicilər və daxili qoşunların hərbçiləri küçələrin təmizlənməsi ilə məşğuldur. Tbilisidə bu cür daşqın 1970-ci illərin əvvələrindən bu yana olmamışdı. Gürcüstanın şərqinqə bəzi rayonlarda leysan və çaylarda suyun səviyyəsinin kəskin qalxması nəticəsində körpülər, avtomobil yolları dağılıb, onlarla sakin elektrik enerjisiz qalıb. Ən çox Duşet rayonuna (Tbilisinin şimal-qərbi), həmçinin Qurcaan, Laqodexi və Axmet rayonlarına ziyan dəyib. Yerli hakimiyyətin məlumatına görə, Duşet rayonunda 10 kənd ətraf aləmdən təcrid olunub. İlkin məlumatlara görə, həmin rayonlara 5-6 mln. dollara yaxın ziyan dəyib. Daşqının nəticələri Azərbaycana da təsir göstərə bilər. Lakin çayda suyun əlavə həcminin kəskin artmasının ölkənin Kürətrafı hansısa hissəsində daşqına səbəb olacağını gözləməyə dəyməz. Belə ki, Mingəçevir su anbarı əlavə həcmdə suyu qəbul etməyə hazırdır. “Kür” Vətəndaş Qərargahı Cəmiyyətinin müşahidələrinə görə, hazırkı sululuq dövründə Kürdə su balansının düzgün tənzimlənməsinin sayəsində çayda suyun səvyyəsi hər zamankından aşağıdır. Məlum olduğu kimi, 2010-cu ildə Kür çayında balansın tənzimlənməsi qaydalarının pozulması Azərbaycanda 100 min ha ərazinin, 20 min evin su altında qalmasına səbəb olmuşdu. Geri qayıt |