Əsas Səhifə > Güney Press, Üçüncü sektor > YENİ QANUN KORRUPSİYA ÜÇÜN FÜRSƏT YARADIB

YENİ QANUN KORRUPSİYA ÜÇÜN FÜRSƏT YARADIB


14-05-2012, 12:29
YENİ QANUN KORRUPSİYA ÜÇÜN FÜRSƏT YARADIB

SÜRÜCÜLƏR NARAZILIQ EDİR

Avtomobillərin texniki baxışdan regional mərkəzlərdə keçirilməsilə bağlı qanuna dəyişiklik avitomobil sahiblərinə ciddi narahatlıq yaradıb. Bunu Turan-a Salyanda fəaliyyət göstərən “Demokratiyanın İnkişafına Yardım” birliyinin rəhbəri Emil Məmmədov bildirib.

Onun sözlərinə görə, qanuna əsasən 12 belə regional mərkəz yaradıllıb, Şirvan şəhərində yerləşən 4 saylı mərkəz Şirvan, Neftçala, Salyan, Hacıqabuldakı avtomobil sahiblərinə xidmət göstərir. Avtomobillərin texniki baxışdan keçirilməsi üçün Şirvana getməli olan sürücülər uzun növbələrə durmalı olur. Bəzənsə gecədən gedərək növbə tuturlar. “Qanuna dəyişiklik təkcə narahatlığa səbəb olmayıb, həm də məmurlara korrupsiya üçün yol açıb”, - QHT rəhbəri vurğulayıb.


Geri qayıt