Əsas Səhifə > Partiya > “AZƏRBAYCAN XALQI ƏZİYYƏT ÇƏKİR”
“AZƏRBAYCAN XALQI ƏZİYYƏT ÇƏKİR”14-05-2012, 12:51 |
“XALQIN CİBİNDƏN BU QƏDƏR PUL XƏRCLƏNİR”... Qərb mediasından Azərbaycan hakimiyyətinə qarşı tənqidlər davam etməkdədir. Artıq “Eurovision” mahnı yarışmasından öncə dünyanın nüfuzlu Dail Mail” və “The Independent” qəzetləri Azərbaycan hakimiyyəti haqqında ciddi tənqidi məqalələr dərc ediblər. Artıq hakimiyyətə qarşı beynəlxalq təşkilatların və medianın təzyiqləri ciddi vüsət alıb. FaktXeber.com-un “sizcə bu tənqidlər və basqılar hansı məntiqi sonluqla nəticələnəcək”,-sualına aydınlıq gətirən ADP-nin sədr müavini Həsrət Rüstəmov maraqlı fikirlər səsləndirdi. Həsrət bəy qeyd etdi ki, Qərbin bu cür təzyiqlərə etməsi gözlənilən idi: “Azərbaycan hakimiyyəti dünya mətbuatına qapılarını bağlamalı lazım olduğu bir ərəfədə “Eurovision” vasitəsilə qapılarını açıb. Hakimiyyət hesab edir ki, “Eurovision” müsabiqəsi ilə yalnız öz maraqları üçün istifadə edəcək. Lakin bildiyimiz kimi dünya kimlərinsə diqtəsi ilə oturub-duran dünya deyil. Dünya jurnalistləri ölkəyə gəldikdən sonra təkcə hakimiyyətin mövqeyinə uyğun məlumatlar işıqlandırmayacaqlar. Onlar eyni halda ölkə reallığını və ölkədə baş verən qanun pozuntuları ilə bağlı ciddi materiallar hazırlayaraq dünyaya təqdim edəcəklər.” Həsrət bəy onu da qeyd etdi ki, ölkəyə gələcək jurnalistlər sosial, siyasi problemlərlə maraqlanaraq hüquq müdafiəçiləri və siyasi xadimlərlə görüş keçirəcəklər: “Hesab edirəm ki, Azərbaycan hakimiyyəti “Eurovision”la öz siyasətini düzgün müəyyənləşdirmədiyinə görə belə bir vəziyyətə düşüb. Qərb mətbuatında hakimiyyətin əleyhinə səsləndirilən fikirlərində başlıca səbəbi budur.” Azərbaycan hakimiyyətinin mahnı müsabiqəsindən öncə ölkədə islahatlar aparılmalı olduğunu qeyd edən ADP funksioneri, “hakimiyyət dünyaya nümayiş etdirməli idi ki, Azərbaycan 5-10 il bundan əvvəlki Azərbaycan deyil və ölkə dəyişilmələr ərəfəsindədir”,-deyə bildirdi: “Təəssüf ki, Azərbaycan hökuməti tamamilə tərsinə etdi. Daha çox bu hüquqları pozmağa başladı. Belə bir vəziyyətdə demokratik ölkələrin mətbuatında tənqidi yazıların çıxması təbiidir.” Həsrət bəy ölkə iqtidarına qarşı aparılan mətbuat kampaniyasının başqa səbəbləri də olduğunu vurğulayaraq, bunun səbəbini Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməməsi olduğunu bildirdi: “Məlum olduğu öhdəliklər beynəlxalq hüquqi qüvvəyə malikdir və bu öhdəliklərin yerinə yetirilməməsi ölkə üçün ciddi problemlər gətirib çıxara bilər. Baş verənlərin hamısının başlıca günahkarının Azərbaycan hakimiyyəti olduğunu qeyd edən müsahib, “hökumətin günahı ucbatından dövlətin imici dünyada psiləşir”,-deyə qeyd etdi: “Bu müsabiqə Azərbaycanın mənfi mənada təbliğinə səbəb olacaq. Azərbaycan xalqı əziyyət çəkir və cibindən bu qədər pul xərclənir, nəticəsi də xalqın və dövlətin imicinin pisləşməsinə gətirib çıxardır. Məsələnin ən ağrılı tərəfi də məhz budur. ” Geri qayıt |