Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİ QARDAŞINI QICIQLANDIRIB

MÜĞƏNNİ QARDAŞINI QICIQLANDIRIB


14-05-2012, 13:43
MÜĞƏNNİ QARDAŞINI QICIQLANDIRIB

"MƏNƏ SÖZLƏ ƏMƏLLİ-BAŞLI TƏZYİQ GÖSTƏRİR"

Müğənni Elnarənin son aylar dəyişən imici qardaşını qıcıqlandırıb.

Hazırda sənətçinin hərbi borcunu yerinə yetirməkdə olan qardaşı hələlik bacısı ilə üzbəsurət görüşə bilməsə də, etirazını telefon bağlantısı vasitəsi ilə bildirir. Amma müğənninin həyat yoldaşı, sənətçi ilə yaxın sferada çalışan Rövşən bəy uşaqlarının anasını incəsənət naminə dəyişdiyini nəzərə alaraq, ona dəstək olur:

«Həyat yoldaşım başa düşür ki, saçımı, geyimimi səhnə xatirinə dəyişirəm. Ondan sənətimə qarşı heç bir təzyiq görməmişəm. Hər zaman mənə dəstəkdir. Amma qardaşım, əksinə, hərbi hissədən mənə sözlə əməlli-başlı təzyiq göstərir. Deyir ki, üç uşaq anasısan, 32 yaşın var. Bunlar nəyə lazımdır? Ona situasiyanı başa salsam da, qardaşlıq missiyasını yerinə yetirməkdə davam edir».

Özünün kifayət qədər dünyagörüşü olduğunu söyləyən Elnarə deyir ki, saç düzümündə və geyimlərində qəbahət görmür.

«Ətrafımda pisi yaxşıdan seçə bilən onlarla insan var. Onlar mənim, necə deyərlər, məsləhət ocağımdır. Ən çox da bəstəkar Günel Sərdarqızı ilə dostluq edirəm. Demək olar ki, hər işimi onunla məsləhətləşirəm. Bilirəm ki, dost bildiyim insanlar mənə ancaq düzgün istiqamət göstərirlər və mənimlə həmfikirdilər. Amma qardaşımın da fikrini boşa saymıram. Əslində, balans üçün əks fikirlər də olmalıdır. Ümumiyyətlə, insanların sayı qədər fikir mövcuddur. Birtərəfli inkişafı tapmaq olmaz».

Sənətdə, şəxsi həyatda heç zaman həddini aşmadığını diqqətə çatdıran Elnarə bundan sonra dəyişən imicində də balansı qoruyacağını diqqətə çatdırdı.

«Mən məktəbdə müəllim işləmirəm. Sənətçiyəm. Tez-tez dəyişməliyəm», - deyə o, bildirdi.


Geri qayıt