Əsas Səhifə > Partiya > ƏLİ KƏRİMLİYƏ TƏŞƏKKÜR
ƏLİ KƏRİMLİYƏ TƏŞƏKKÜR14-05-2012, 13:46 |
AXCP-Çİ İLK MÜDDƏTDƏ DAHA BƏRK DÖYÜLDÜYÜNÜ DEYİR Hökmün yumşaldılmasına və həbs cəzasının şərti cəza ilə əvəzlənməsinə baxmayaraq, müxalifət fəalı Zeynal Bağırzadə tam reabilitasiyaya nail olmaq istəyir. Bu barədə o, bazar ertəsi həbsdən çıxarkən Turan-ın müxbirinə bildirib. O, səhhətinin ciddi pisləşdiyini bildirib. “Məni hər dəfə məhkəməyə tibbi nəzarət altında aparırdılar”, - Z.Bağırzadə vurğulayıb. Əsasən o, sol tərəfinin demək olar ki, iflic olduğunu, nitqinin zəiflədiyini, mədəsində ağrıların, şəkərli diabetin olduğunu qeyd edib. Z.Bağırzadə qeyd edib ki, bu xəstəliklər həbsdə olduğu müddətdə ona olan mənəvi və fiziki təzyiqlərin nəticəsində yaranıb. Fəalın sözlərinə görə, həbsdən sonra ilk müddətdə daha bərk döyülüb. Z.Bağırzadə Azərbaycan Ali Məhkəməsinə kassasiya şikayəti vermək niyyətindədir. Əgər bu təmin olunmasa, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək. O əmindir ki, siyasi motivlərlə təqib olunur və əsasən bu, Nehrəm kəndinə su verməyən yerli məmurların özbaşınalığına qarşı mübarizə apardığı üçün edilir . Ötən ilin yayında o, kənd sakinlərinin etiraz aksiyasında fəal iştirak edib. Buna görə onu qardaşı, Xalq Cəbhəsi Partiyasının regional şöbəsinin rəhbəri Yaşarla birlikdə bir neçə günlüyə həbs edərək döyüblər. Z.Bağırzadə onun taleyi ilə maraqlananların hamısına, naxçıvanlı jurnalistlərə, hüquq müdafiəçilərinə, Turan agentliyinə, “Azadlıq” qəzetinə və radiosuna, Azərbaycan Xalq Cəbhəsi Partiyasına və onun sədri Əli Kərimliyə öz təşəkkürünü bildirib. Geri qayıt |