Əsas Səhifə > Güney Press, Üçüncü sektor > “BESPREDEL”İN DAHA BİR BİABIRÇILIĞI…

“BESPREDEL”İN DAHA BİR BİABIRÇILIĞI…


14-05-2012, 15:46
“BESPREDEL”İN DAHA BİR BİABIRÇILIĞI…

BAKIDA ERMƏNİ BAYRAĞINDAN KOFTALAR SATILIR

İki gün öncə əməkdaşlarımızdan birinin tanışı özü də bilmədən Bakının Nəsimi rayonu ərazisindəki mağazalardan birindən Ermənistan bayrağının əks olunduğu, daha dəqiq desək, erməni bayrağından paltar alıb. Bunu bilən əməkdaşımız məsələni araşdırmaq qərarına gəlib. Əvvəlcə həmin paltarın satıldığı mağazaya yollandıq. Nəsimi rayonu, Azadlıq prospekti, 67 ünvanında yerləşən həmin mağazada çalışan üç qadın bu faktdan xəbərsiz olduqlarını dedilər. Onlar bu paltarın Ermənistan bayrağı olduğuna sözlə inanmasalar da, sonradan internetdə erməni bayrağını gördükdə «şoka düşdülər». Satıcılar bildirdilər ki, onlar bu paltarların rənglərinin Ermənistan bayrağı ilə eyni olmasından xəbərsiz olub və ona görə də satışa çıxarıblar. Əməkdaşımızın təqdim etdiyi faktları gördükdən sonra satıcılar həmin paltarları vitrindən çıxardılar. Sonra isə mağazanın sahibəsi olan xanım Ceyhun adla şəxsə zəng edərək bu malları qaytaracağını söylədi. Qadının bildirdiyinə görə, onlar bu paltarları Türkiyə malı kimi satırmışlar: «Bu paltarları bizə Ceyhun adlı şəxs gətirir. Özü də təmiz türk malıdır. Mən bilmirdim bu paltarlar Ermənistan bayrağıdır. Siz deyəndə bildim və malları yığışdırdım. Malları sahibinə qaytaracam».

Mağazanın sahibəsi özünü təqdim etməsə də, bildirdi ki, bu paltarlar 30 manata satılır. Lakin endirimlə 15 manata satışa çıxarılıb. Həmin malın artıq bir neçə satıldığını deyən satıcılar hətta maraqlı bir faktı da diqqətimizə çatdırdılar. Onların sözlərinə görə, bir neçə gün əvvəl Türkiyənin ATV kanalında yayımlanan «Yaxşı Cazibə» teleserialındakı qadın qəhrəmanlardan biri də məhz bu parltarla efirə çıxıb.

Cəhdlərimizə baxmayaraq, mağazada olan satıcı xanımlar malları Türkiyədən Azərbaycana gətirib Bakıdakı mağazalara paylayan Ceyhun adlı şəxslə görüşməyimizə və ya telefonla danışmağımıza imkan vermədilər. Satıcıların dediyinə görə, bu paltarlar Türkiyədə istehsal olunur, üzərində türk və digər bir neçə dildə yazı var. Lakin Türkiyənin hanfı firmasında istehsal olunduğu bəlli deyil. Satıcılar jurnalist olduğumuzu bildikdən sonra «biz bu malları geri qaytaracağıq, heç bir günahımız yoxdur, bilməmişik» deyib özlərinə haqq qazandırdılar. Biz də tanışımızın aldığı paltarı onlara qaytarıb mağazanı tərk etdik. Satıcı qızlar özlərinə arxayın görünürdülər, sanki qəbahəti biz etmişdik. Əlbəttə, heç nədən xəbəri olmayanlar, olsa belə heç nəyin fərqinə varmayanlar üçün pul, bütün dəyərlərdən üstün olur. Biz bura pul üçün gəlmədiyimizi, sadəcə olaraq, belə hallarda diqqətli olmağı, Vətənə, dövlətə ziyan vuran hərəkətlərə yol verməməyi tövsiyyə edib oradan uzaqlaşdıq.

Lakin iş bununla bitmədi. Dünən məlumat aldıq ki, Ermənistan bayrağının forması ilə eyni olan paltarlar artıq Bakının bir çox mağazalarına yayılıb və açıq-aşkar satılır. Belə mağazalardan biri də Səməd Vurğun küçəsi ilə Xaqani küçəsinin kəsişməsində yerləşir. Burada hətta o qədər irəli gediblər ki, həmin paltarları manikenə geyindirib mağazanın qarşısında vitrinə düzüblər. Vitrindəki üç paltardan biri həmin bu erməni bayrağı rəngində olan paltardır. Özü də, bu mağazadakı erməni bayrağı modelində olan paltarlar müxtəlif çeşidlərdədir və çox geniş reklam olunur. Maraqlısı budur ki, bu obyektin adı belə yoxdur. (ucnoqte.az)


Geri qayıt