Əsas Səhifə > Partiya > ARİF HACILI YENƏ DƏ MÜRACİƏT ETDİ

ARİF HACILI YENƏ DƏ MÜRACİƏT ETDİ


14-05-2012, 17:21
ARİF HACILI YENƏ DƏ MÜRACİƏT ETDİ

ƏRİZƏ SAYI 6 OLDU

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı vaxtından əvvəl azadlığa buraxılması üçün növbəti dəfə məhkəməyə müraciət edib.
Bu barədə APA-ya A. Hacılının qardaşı Vaqif Hacıbəyli məlumat verib. V. Hacıbəyli Arif Hacılının bundan əvvəl yazdığı ərizənin məhkəməyə təqdim olunmadığını bildirib: “Həmin ərizə cəzaçəkmə müəssisəsinə təqdim olunur. Müəssisə isə onu məhkəməyə göndərməlidir. Lakin bundan əvvəl yazılan ərizə məhkəməyə təqdim olunmadığı üçün Arif Hacılı növbəti dəfə ərizə yazıb”.

V. Hacıbəyli onu da deyib ki, mayın 15-dən başlayaraq, İctimai Palatanın ötən il aprelin 2-də Bakının mərkəzində keçirdiyi razılaşdırılmamış aksiya ilə əlaqədar həbs olunan Arif Hacılı, Zülfüqar Eyvazlı, Ülvi Quliyev, Tural Abbaslı, Əhəd Məmmədli, Sahib Kərimov, Məhəmməd Məcidli və Elnur Məcidli aclıq aksiyasına başlayacaqlar.

Qeyd edək ki, A. Hacılı cəzasının 1/3-ni çəkdiyini əsas gətirərək, azadlığa buraxılmasını istəyir.

Xatırladaq ki, A. Hacılı İctimai Palatanın 2011-ci il aprelin 2-də Bakıda keçirdiyi razılaşdırılmamış etiraz aksiyasına görə saxlanılıb, məhkəmə qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.


Geri qayıt