Əsas Səhifə > Partiya > ZAHİD ORUCUN QƏRİBƏ MƏNTİQİ
ZAHİD ORUCUN QƏRİBƏ MƏNTİQİ14-05-2012, 18:15 |
“MUXALİFƏT SİYASİ FƏALİYYƏTİ ÜÇÜN QİDA TAPMAZDI”... Azərbaycanda İctimai Palatanın (İP) icazəsiz aksiya keçirmə planları Bakıda keçiriləcək “Evrovision-2012” mahnı müsabiqəsi üzərində qurulub. Bu barədə Salamnews-a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc deyib. Onun sözlərinə görə, müxalifət ölkəmizdə keçiriləcək sözügedən musiqi yarışmasını istifadə etməklə, öz varlığını beynəlxalq aləmdə sübut etmək istəyir. “Azərbaycan “Evrovision” beynəlxalq mahnı müsabiqəsində qalib gəlməsəydi, muxalifət öz siyasi fəaliyyəti üçün qida tapmazdı. Halbuki, bu tədbirin Bakıda keçirilməsi Azərbaycan adınadır. Bu yarış bütövlükdə millətimizin dünyaya təqdimatını, tariximizi göstərmək üçündür. Burada həmçinin ictimai həyatımızın bütün müsbət keyfiyyətlərini ortaya qoymaq naminədir. Amma bir neçə partiya bu müsabiqədən öz mənafeləri üçün istifadə eləmək istəyir", - Z.Oruc deyib. Millət vəkili vurğulayıb ki, İP-nin daha öncə də aksiyalar keçirib: "Lakin cəmiyyətdə heç bir ideyalarla yadda qalmayıblar, heç bir təklif və millətin hansısa probleminin həlli üçün alternativ proqramlar ortaya qoymayıblar. Aksiyaları şəhərin mərkəzinə daşımaq nəyi dəyişəcək? Müxalifət üzvləri elə hesab edir ki, qanunsuz aksiyalarda toqquşmalar effekt verəcək və hakimiyyət üzərinə beynəlxalq təzyiqlər artacaq". Komitə üzvünün fikrincə, bu cür planlar dünyanın heç bir yerində mövcud deyil ki, bu da Azərbaycan müxalifətinin ağlına gəlib. "Bu cür qanunsuz aksiyalara hakimiyyət icazə verməyəcək və hesab edirəm ki, Bakıda “Evrovision-2012” mahnı müsabiqəsi ən yüksək səviyyədə keçiriləcək", - Zahid Oruc deyib. Xatırladaq ki, bu gün saat 13.00-da İctimai Palatanın qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin müxalifətə aksiya üçün yer ayırmamasına etiraz olaraq, Fəvvarələr bağında etiraz piketi keçirilməsinə cəhd göstərilib. Geri qayıt |