Əsas Səhifə > Şou-biznes > GƏNC MÜĞƏNNİ SİRR SAXLAYA BİLMİR

GƏNC MÜĞƏNNİ SİRR SAXLAYA BİLMİR


15-05-2012, 12:58
GƏNC MÜĞƏNNİ SİRR SAXLAYA BİLMİR

O, ARIQLAMAĞIN RESEPTİNİ BÖLÜŞÜR

Gənc müğənni Aynişan Quliyeva dostlarından arıqlamaq üçün pəhriz proqramı istəyib.

Çəkisinidə bir qədər artım müşahidə edən sənətçinin dərdi 2 kiloqram kökəlməsidir. Əslində, o, pəhrizə bir o qədər də meylli deyil. Arıqlamaq üçün üsulları başqadır. Pəhrizi isə alternativ variant kimi istifadə edəcəyini Milli.Az-a bildirdi.

«Həmişə formada qalıram. Kökəlsəm, bu, maksimum 2 kiloqram artım ola bilər. O zaman dərhal bunu aradan qaldırıram. Demək olar ki, hər gün fitneslə məşğul oluram. Günaşırı sübhdən oyanıb Milli Parkda qaçıram. Bu, sənətçi olaraq həm nəfəs yollarıma xeyirdir, həm də arıqlamağa kömək edir», - deyən Aynişan vurğuladı ki, əslində formada qalmaq üçün heç zaman pəhrizi üsul olaraq seçməyib.

«Bir dəfə sınaqdan keçirmək istədim. Amma mənim metodum pəhrizə yaxın real bir vasitədir. Bunu xanımlara da tövsiyə edərdim. Çörək, yağlı yemək və şirniyyatdan uzaq durmalıyıq. Səhər acqarına və axşam yatmazdan əvvəl bir stəkan su içmək lazımdır. Və o, mütləq qazsız olmalıdır. Çünki qazlı su piylənməni artırır. Qarğıdalı isə sellülitin yaranmasına səbəb olur. Bundan maksimum az istifadə etsinlər», - deyən Aynişan Hollivud ulduzlarından Mila Kunisi, Anjelina Colini çox bəyəndiyini diqqətə çatdırdı:

«Bu xanımlar həmişə formadadırlar. Çox arıq olmaq da bir şey deyil. Əsas - formada qalmaqdır».


Geri qayıt