Əsas Səhifə > Güney Press, Araşdırma > NAZİRƏ QARŞI KİM DOSYA TOPLAYIR?
NAZİRƏ QARŞI KİM DOSYA TOPLAYIR?15-05-2012, 13:01 |
OQTAY GÜLALIYEV FHN ŞEFİNİN ƏEYHİNƏ DANIŞMALI İMİŞ “Kür” Vətəndaş Cəmiyyətinin koordinatoru Oqtay Gülalıyevdən fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əleyhinə ifadə almağa çalışırlar. Bu barədə “Reytinq” qəzeti məlumat yayıb. Qəzet yayzır ki, istintaq zamanı Oqtay Gülalıyevin “fövqəlnazir”in müavini Orucəli Hacıyevlə telefon danışıqları üzə çıxıb. Istintaq və müəyyən qüvvələr də bu faktdan istifadə edərək Oqtay Gülalıyevi Kəmaləddin Heydərovla bağlamağa çalışırlar. Oqtay Gülalıyevin vəkili Yalçın İmanov “Azadlıq”a açıqlamasında xəbərin əsassız olduğunu bildirib. “Bu tamamilə absurddur, əgər belə bir şey olsa mənim məlumatım olardı”, – deyə vəkil vurğulayıb. Lakin bir neçə gün əvvəl məlumat yayılmışdı ki, məhkəmə Oqtay Gülalıyevdən xəbərsiz onun telefon danışıqlarının çıxarılması barədə qərar verib. Bir məqamı da qeyd edək ki, bundan əvvəl bir mənzili bir neçə nəfərə satmaqla 1000-ə yaxın vətəndaşın pulunu mənimsəyən “Mur-Ay” MMC-nin təsisiçisi və baş direktoru Elxan Hüseynov və müavini Bəybala Sultanov istintaq zamanı onlardan Kəmaləddin Heydərovun əleyhinə ifadə alınmasına cəhd edildiyini açıqlamışdılar. Qeyd edək ki, həm “Mur-Ay”la, həm də Oqtay Gülalıyevlə bağlı cinayət işinin istintaqını DİN aparır. Geri qayıt |