Əsas Səhifə > Partiya > MƏHBƏSDƏ YENİ MÜBARİZƏ DALĞASI
MƏHBƏSDƏ YENİ MÜBARİZƏ DALĞASI15-05-2012, 13:23 |
VİCDAN MƏHBUSLARI ACLIĞA BAŞLAYIBLAR Bu gün müxtəlif cəzaçəkmə müəssisələrində saxlanılan 12 müxalifət fəalı siyasi məhbuslara azadlıq tələbi ilə aclıq aksiyasına başlayıb. Bu barədə Turan-a İctimai Palatanın Koordinasiya Şurasının katibi Gülağa Aslanlı bildirib. Onun sözlərinə görə, İctimai Palatanın 2011-ci il 2 aprel mitinqindən sonra həbs edilmiş Arif Hacılı, Şahin Həsənli, Sahib Kərimov, Məhəmməd Məcidli, Babək Həsənov, Elnur Məcidli, Tural Abbaslı, Rüfət Hacıbəyli, Ülvi Quliyev, Vidadi İsgəndərli, Zülfüqar Eyvazlı və Əhəd Məmmədli aclıq edir. Onlar Amnesty İnternational tərəfindən vicdan məhbusları kimi tanınıblar. 13 vicdan məhbusundan yalnız Bəxtiyar Hacıyev aksiyada iştirak etmir. Mayın 16-dan İctimai Palatanın üzvləri də aclıq aksiyasına qoşulacaq. Geri qayıt |