Əsas Səhifə > Dünya > LİVAN YENİDƏN QARIŞIB

LİVAN YENİDƏN QARIŞIB


15-05-2012, 13:43
LİVAN YENİDƏN QARIŞIB

ETİRAZA QALXAN İSLAMÇILARA QARŞI DÖVLƏT AYAQDA

Livan ordusunun komandanlığı ölkənin şimalında son günlər vəziyyətin gərginləşdiyi Tripoli şəhərinə əlavə qüvvə və zirehli texnika göndərib. Şəhərdə əlavə nəzarət məntəqələri qurulub.

Paytaxt Beyrutdan 90 kilometr şimalda yerləşən Tripoli şəhərində islamçıların mərkəzi Nur meydanını tutmasından sonra ötən axşam vəziyyət yenidən gərginləşib. Radikal əhval-ruhiyyəli gənclər hərbçilərə qarşı mübarizə aparmağa hazır olduqlarını bəyan edirlər.

Etirazçılar ölkə rəhbərliyindən islamçı partiyaların terrorçu qruplaşmalarla əlaqələrdə şübhəli bilinərək həbs olunan fəallarının buraxılmasını tələb edirlər. Şəhərdə radikal sünni qruplaşmalarla Suriyayönümlü ələvi azlığının üzvləri arasında bir neçə gün əvvəl başlayan silahlı qarşıdurmalarda 8 nəfərin öldüyü, 80-dək adamın yaralandığı xəbər verilir. Onların arasında qadın və uşaqların da olduğu bildirilir.


Geri qayıt