Əsas Səhifə > Sosial, Manşet > RƏSUL QULİYEV «MOŞENNİK»Ə ÇEVRİLİB

RƏSUL QULİYEV «MOŞENNİK»Ə ÇEVRİLİB


16-05-2012, 12:37
RƏSUL QULİYEV «MOŞENNİK»Ə ÇEVRİLİB

ABŞ-DA OTURAN PARTİYA LİDERİ NEÇƏ QƏZETİ VƏ PARTİYANI FIRLADIR

DİA.AZ: - Bir müddət əvvəl həbs olunan «bia.az» portalının baş redaktoru ilə bağlı olayların ardından mətbuat səhifələrində hazırda ABŞ-da mühacir həyatı yaşayan keçmiş parlament sədri Rəsul Quliyevlə bağlı qalmaqallı informasiyalar yayıldı. Aydın oldu ki, sözügedən portalın əməkdaşları «bia.az»ın arxasında dayanan əsas maliyyə dayağı kimi Rəsul Quliyevi gördüklərindən, baş redaktorun həbs olunması səbəbindən yığışıb qalan əməkhaqqı borclarını da ondan tələb edirlər.

Onu da bildirək ki, Rəsul Quliyev hələ də həmin əməkhaqqı borclarını ödəməyib və bununla əlaqədar DİA.AZ-ı bilgiləndirən məlumatlı mənbə vurğulayır ki, Açıq Cəmiyyət Partiyasının lideri «bia.az» portalı ilə heç bir əlaqəsinin olmadığını da iddia edib: «Halbuki bu portalın Rəsul Quliyevə məxsus olduğunu hər kəs bilirdi. Hətta bu gün Rəsul Quliyevin yaratdığı Demokratik Cəmiyyət Uğrunda Müqvaimət Hərəkatına yığışan siyasi təşkilatlar da bilirdilər ki, sözügedən portal onların əsas mətbu tribunalarıdır».

Yəni Rəsul Quliyevin əslində bu məsələdə israrlı şəkildə inkar etməsi onun jurnalistlərə borc kimi qalan pulların ödənməsindən yayınma istəyilə bağlıdır. Mənbəmiz bildirir ki, Rəsul Quliyev ümumiyyətlə, son zamanlar pul məsələsində çox xəsislik edir: «Yeni blokda ittifaqa girdiyi siyasi təşkilatların rəhbərlərinin hər birinə 5000 manat pul göndərəcəyini vəd etsə də, həmin pullardan bir aydır ki, xəbər yoxdur».

Bu da son deyil. Mənbəmiz idida edir ki, bu günlərdə ACP lideri maddi dayaq kimi arxasında dayandığı daha bir mətbu orqanın da maliyyəsini kəsib: «Rəsul Quliyev əslində müflis olmayıb. Sadəcə olaraq, ona elə gəlir ki, Bakıdakı adamları onu «atırlar». O da ehtiyatlı davranmağa çalışır, bu da adamlarını ondan narazı salır».


Geri qayıt