Əsas Səhifə > Dünya > MƏHŞUR AGENTLİK ERMƏNİLƏŞİR

MƏHŞUR AGENTLİK ERMƏNİLƏŞİR


16-05-2012, 12:44
MƏHŞUR AGENTLİK ERMƏNİLƏŞİR

ROBERT KÖÇƏRYAN “REQNUM”U SATIN ALIB?

REGNUM İA-nın mülkiyyət strukturunda və rəhbərliyində dəyişiklik baş verib. Adı və benefisiarı açıqlanmayan Kipr şirkəti REGNUM İA-da pay alıb. Bununla əlaqədar agentliyin baş redaktoru Modest Kolerov oranı tərk edib. Vigen Akopyan agentliyin yeni baş redaktoru təyin olunub.

Bu məlumatı Reqnum agentliyinin özündən oxumaq olar, bəzi erməni mənbələri isə bildirirlər ki, sözügedən benefisiar Ermənistanın keçmiş prezidenti Robert Köçəryandır. Qeyd edək ki, Reqnumun yeni redaktoru da ermənidir.

Erməni blogerlərdən biri bununla əlaqədar şəbəkədə yazıb ki,Köçəryan aparatı və Reqnum özü bir həftəyə yaxındır ki, bu barədə susur. Odur ki, güman etmək olar ki, Reqnumu Köçəryanın alması haqda məlumat həqiqətəuyğundur.

Həmçinin ehtimaletmək olar ki, o, Reqnumu 2013-cü ildə Ermənistanda keçiriləcək prezident seçkiləri ərəfəsində alıb ki, bu da onun fəallaşmasının mümkünlüyündən xəbər verir.

“Bilmirəm, Reqnum Köçəryana necə kömək edəcək, amma Köçəryanın nəşrin populyarlaşmasına faydası olmayacaq. Erməni agentliyinə və Köçəryanın ruporuna çevrilməklə Reqnum öz əvvəlki çəkisini itirəcək. Əgər əvvəllər Reqnum Kremllə assosiasiya olunurdusa, indi Köçəryanla assosiasiya olunacaq. Köçəryan isə, yumşaq desək, populyar deyil”, - bloger yazır.

Köçəryanın Reqnuma gəlişi Azərbaycanda tanınmış politoloq Zəfər Quliyevin bu KİV ilə əməkdaşlıqdan imtina etməsinə səbəb olub.

Qeyd edək ki, hələ 1998-ci ildə Köçəryan Yerevanda azərbaycanlı jurnalistlərdən ibarət nümayənd heyətini qəbul edərkən “erməni CNN”i yaratmaq istəyində olduğunu bildirmişdi. Köçəryanın əvvəllər də bu KİV-də iştirak payının olması tamamilə mümkündür. Agentliyin Qafqaz redaksiyasına ermənilərin rəhbərlik etməsi və onun Yerevanda yerləşməsi dolayısı ilə bunu sübut edir. Agentlik Qarabağ məsələsində erməniyönlü mövqe tutur.

Geri qayıt