Əsas Səhifə > Şou-biznes > AYSEL TEYMURZADƏ ƏRƏ GEDİR

AYSEL TEYMURZADƏ ƏRƏ GEDİR


16-05-2012, 13:38
AYSEL TEYMURZADƏ ƏRƏ GEDİR

ONU FİLARMONİYANIN DİREKTORU ALIR

Azərbaycana "Avroviziya-2009" müsabiqəsində 3-cü yeri qazandırmış müğənni Aysel Teymurzadə ailə həyatı qurur. “Qafqazinfo”nun eksklüziv olaraq əldə etdiyi məlumata görə, onun gələcək əri sıradan birisi deyil. Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovdur.

Onlar bir müddət əvvəl gizlin nişanlanıblar və hazırda bir yerdədirlər. Yayılan xəbərlərə görə, hətta Murad Adıgözəlov Ayselə onunla evliliyə sənətilə vidalaşacağı halda razılaşacağı şərtini qoyub. Aysel də bu təklifi qəbul edib və artıq müğənniliyə son qoyub. Aysel bundan sonra yalnız rəsmi tədbirlərdə iştirakı mümkündür.

Qeyd edək ki, Murad Adıgözəlov məşhur Adıgözəlovlar nəslinin nümayəndəsidir. O, 1973-cü il noyabrın 20-də Bakı şəhərində anadan olub.

Geri qayıt