Əsas Səhifə > Partiya > AMİP TƏDBİR KEÇİRDİ
AMİP TƏDBİR KEÇİRDİ15-09-2011, 15:58 |
“İSVEÇİN AZƏRBAYCANDA HEÇ BİR İQTİSADİ MARAĞI YOXDUR” İsveçin hakim Moderat Partiyasının dəvəti ilə bu ölkəyə səfər etmiş Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbərliyi bu gün səfərin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib. Mətbuat konfransında çıxış edən partiyanın mətbuat və təbliğat katibi Əli Orucov Stokholma AMİP sədri Yusif Bağırzadə, baş katib Arzuxan Əlizadə, beynəlxalq məsələlər üzrə katib Elşən Mustafayev və Siyasi Şura üzvü Sadiq Həmzəyevin səfər etdiyini deyib AMİP sədri Yusif Bağırzadə Stokholmda ATƏT-in Parlament Assambleyasının sabiq sədri və Dağlıq Qarabağ üzrə sabiq məruzəçi Qoran Lenmarkerlə görüşdüklərini bildirib. Onun sözlərinə görə, Qoran Lenmarker Azərbaycanda bir neçə dəfə olduğunu, Bakını sevdiyini və azərbaycanlıları rəğbətlə xatırladığını deyib. Lenmarker həmçinin, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlinə tərəfdar olduğunu da söyləyib. AMİP rəhbərliyi Moderat Partiyasının baş katibi Sofiya Arkelstenlə Azərbaycanda 2010-cu ildə keçirilmiş parlament seçkilərini müzakirə edib. Y. Bağırzadə İsveç xarici işlər nazirinin müşaviri Olof Ehrikona ilə görüşdüklərini də bildirib: “O bizə dedi ki, İsveçin Azərbaycanda heç bir iqtisadi marağı yoxdur, İsveç sadəcə Azərbaycanda demokratik proseslərin, söz azadlığının, siyasi partiyalara zəruri şərait yaradılmasında maraqlıdır”. Y. Bağırzadə AMİP rəhbərliyinin İsveç parlamentinin komitə sədri Karin Enstrom, Moderat Partiyasının qadınlar təşkilatının sədri Sala Kviklənd, İsveç baş nazirinin icra aparatının rəhbəri Kristoffer Tomsons və başqaları ilə keçirdiyi görüşlərlə bağlı da danışıb. O, Moderat Partiyası ilə əlaqələri gücləndirəcəklərini deyib. Geri qayıt |