Əsas Səhifə > Siyasət, Manşet > MÜXALİF PARTİYA SƏDRİ MƏXFİ DANIŞIQLARDA

MÜXALİF PARTİYA SƏDRİ MƏXFİ DANIŞIQLARDA


17-05-2012, 12:14
MÜXALİF PARTİYA SƏDRİ MƏXFİ DANIŞIQLARDA

ŞOK: PARTİYA SƏDRİ ÖZÜNƏ İCRA BAŞÇISININ MÜAVİNİ POSTUNU İSTƏYİB

DİA.AZ: - Redaksiyamıza çox maraqlı bir məlumat daxil olub. Bəri başdan bildirək ki, KİV haqqında qanuna uyğun olaraq barəsində xəbər yayılan şəxsin kimliyini açıqlaya bilmirik. Sadəcə olaraq, əldə etdiyimiz bilgiləri diqqətinizə çatdırmaqla yetinirik.

Beləliklə, çox etibarlı qaynaqlardan DİA.AZ-a daxil olan məlumatda bildirilir ki, hazırda ABŞ-da yaşayan keçmiş parlament sədri Rəsul Quliyevin yaratdığı Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatına daxil olan partiyalardan birinin sədri hakimiyyətin çox iri fiqurlarından biri ilə məxfi danışıqlara cəlb olunub.

Mənbəmiz bildirir ki, həmin məmurla şəxsən görüşən partiya sədri hətta danışıqlar zamanı özünə vəzifə istəməyi də unutmayıb: «Təbii ki, həmin partiya sədri kifayət qədər ictimai çəkiyə malik olmasa da, onun Rəsul Quliyevin blokunda görünməsi bir persona kimi cəlbeidici edib və bu səbəbdən də onunla danışıqlar aparılır».

Mənbəmizin sözlərinə görə, bir zamanlar da müxtəlif mövqelərdə olmuş həmin partiya sədri görüşdüyü hakimiyyət nümayəndəsindən ona təklif edilənlərin icrasının müqabilində rayonlardan birinin icra başçısı və yaxud da icra başçısının müavini postunu istəyib: «Maraqlıdır ki, o, özü daha çox icra başçısının müavini postunda israr edib ki, bu halda onun vəzifəyə təyin olunmasının ictimailəşməsi də daha az imkana malikdir».

Geri qayıt