Əsas Səhifə > Sosial, Manşet > İRAN MƏTBUATI AZƏRBAYCAN MTN-Nİ «VURDU»
İRAN MƏTBUATI AZƏRBAYCAN MTN-Nİ «VURDU»17-05-2012, 12:21 |
MTN-ÇİLƏRİMİZ FARS-MOLLA REJİMİNİN QUYRUĞUNU HARDA TAPDAYIB? DİA.AZ: - İranın xüsusi xidmət orqanları indi də Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyini hədəf kimi seçiblər. Əslində burada elə bir yenilik yoxdur. Azərbaycan MTN-nin İranın ölkəmizdə saxladığı təxribatçı qüvvələrə qarşı keçirdiyi hər əməliyyatın ardından rəsmi Tehranın təbliğat maşını MTN-ə qarşı qara piar kampaniyası həyata keçirirlər. İndi isə «Avroviziya-2012» mahnı yarışmasının təhlükəsizliyinə birbaşa olaraq cavabdeh olan Azərbaycan MTN-ni fars-molla mətbuatında qarayaxmaların hədəfinə çevrilib. DİA.AZ olaraq «AranNews»da yer alan materialı diqqətinizə çatdırırıq: «Bakı dövlətinin təhlükəsizlik qüvvələri iranlı turistlərə qarşı əsassız ittihamlar irəli sürür, o cümlədən onların vəsaitləri arasında narkotik maddələr yerləşdirir və sonra onu aşkarlamaqla həbs edirlər. Sonra isə onları azad etmək üçün bəzi şərtlər ortaya qoyurlar. Mənbəmizin məlumatlı qaynaqlara istinadla verdiyi xəbərə əsasən, Bakı dövlətinin təhlükəsizlik qüvvələri son vaxtlar "Eurovision" müsabiqəsi və gey-parad keçirilməsinə təzyiqləri azaltmaq məqsədilə bəzi tədbirlərin həyata keçirilməsi üçün bu ölkənin yüksək çinli rəsmiləri tərəfindən göstəriş alıblar. Bakı dövlətinin təhlükəsizlik qüvvələri Azərbaycanda keçirilməsi planlaşdırılan homoseksualların paradına qarşı İran xalqının keçirdiyi etiraz aksiyalarını qeyri-ictimai olmasını və siyasi xarakter daşımasını göstərmək üçün iranlı turistlər barədə bir sıra çirkin siyasətlər həyata keçirmək nəzərdə tutmuşdur. Bu məlumata əsasən, Bakı dövlətinin təhlükəsizlik qüvvələri iranlı turistlərə qarşı əsassız ittihamlar irəli sürür, o cümlədən onların vəsaitləri arasında narkotik maddələr yerləşdirir və sonra onu aşkarlamaqla həbs edirlər. Sonra isə onları azad etmək üçün bəzi şərtlər ortaya qoyurlar. Həmin şərtlərdən biri də həbs edilən turistlərin azəri televiziya kanallarında müsahibə verərək, "Eurovision"a maraqlı olduğunu bildirmək və İranın azərilər yaşayan regionlarındakı Bakı dövlətinə qarşı mövcud etiraz aksiyalarını İran dövlətinin siyasəti kimi təqdim etmələridir. Bundan əlavə, Bakı dövlətinin təhlükəsizlik qüvvələri mediada anti-İran təbliğatına şərait yaratmaq məqsədilə son vaxtlar bəzi iranlı turistlərə və Bakıda yaşayan iranlılara "Eurovision"da və gey-paradda iştirak etmək üçün pul təklif etmişdir. Yuxarıda qeyd edilən çirkin siyasətə diqqət etməklə, iranlı turistlər və Bakıda təhsil alan iranlı tələbələr Bakı dövlətinin Təhlükəsizlik Nazirliyinin qeyri-insani taktikasından amanda qalmaq üçün gərək maksimum dərəcədə sayıq olsunlar». Geri qayıt |