Əsas Səhifə > Dünya > YUNANLAR YENİ HÖKUMƏT QURDU

YUNANLAR YENİ HÖKUMƏT QURDU


17-05-2012, 13:00
YUNANLAR YENİ HÖKUMƏT QURDU

AMMA MÜVƏQQƏTİ OLARAQ ÖLKƏNİ İDARƏ EDƏCƏK

Yunanıstanın baş naziri Panayotis Pikramenos müvəqqəti hökumətin tərkibini elan edib.

Beləliklə, Petros Molviyatis XİN rəhbəri, Antonios Manitakis DİN rəhbəri, Georgios Zanyas maliyyə naziri, Franqos Franqulis isə müdafiə naziri oldu.

Xatırladaq ki, 6 may seçkilərindən sonra koalisiya hökusməti qura bilməyən Yunanıstan partiyaları iyunun 17-də yeni seçkilərin keçirilməsi qərarını aldılar.

Müvəqqəti hökuməti təyin etməyin yeganə hədəfi isə növbədənkənar seçkilərin keçirilməsinin təminidir. Bununla belə Nazirlər Kabineti vacitb siyasi qərarları prezident və partiya liderləri ilə məsləhətləşmədən ala bilməz.


Geri qayıt