Əsas Səhifə > Partiya > BU DA AİP-İN SƏDR ƏVƏZİ
BU DA AİP-İN SƏDR ƏVƏZİ17-05-2012, 13:08 |
ELÇİN MANAFOV İRANDA SƏRT DANIŞIB NAHAQ DEYİLMƏYİB “.... YUVASINDA GÜCLÜ OLAR” "Qey-parad keçirilsə, islamın müdafiəsi uğrunda qanımız töküləcək və biz bunun keçirilməsinə qətiyyən imkan verməyəcəyik”. İranın “Tabnak” saytı mayın 16-da məlumat yayıb. Bildirilir ki, mayın 12-13-də İranın Ərdəbil şəhərində keçirilən “İslamın beynəlxalq missiyası” konfransına qatılan Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov jurnalistlərə açıqlamasında Bakıda keçiriləcək “Avroviziya 2012” beynəlxalq mahnı yarışmasından danışıb. “Tabnak” saytı İran İnqilab Keşikçiləri Korpusunun (“Sepah”) keçmiş komandanı, hazırda Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun üzvü Möhsün Rzayiyə bağlı media quruluşudur. “Media forum” saytının məlumatına görə, Elçin Manafov deyib ki, “Avroviziya 2012” mahnı müsabiqəsi günlərində gey-parad keçirilməsinə imkan verməyəcəklər: “Hökumət son illər bizə çox təzyiq göstərib, din və məzhəbimizi əlimizdən almaq üçün bütün gücünü səfərbər edib. İndi də “Avroviziya” mərasimi keçirirlər. Sanki ölkədə bütün problemlər həll olunub, bircə bu çirkin mərasim çatışmırdı. Halbuki Azərbaycanın bütün bölgələrini yoxsulluq və bədbəxtlik bürüyüb, işsizlik son həddə çatıb. Azərbaycan hökuməti bu mərasimi keçirməklə qərblilərin kor-koranə tərəfdarı olduğunu göstərməyə çalışır. Halbuki öz xalqına güvənib arxalansaydı, daha güclü olardı. Azərbaycan hökuməti İranın azərbaycanlı müsəlmanlara dəstəyini onun bu ölkənin daxili işlərinə qarışması kimi qələmə verməyə çalışır. Bizim İran İslam Respublikasının mənəvi dəstəyinə ehtiyacımız var və uca səslə bildiririk ki, bizim özümüzə nümunə seçdiyimiz şəxs İmam Xamneyidir (İranın hazırkı dini lideri ayətullah Əli Xamneyi – red.). Bunlar İranın Azərbaycanın daxili işlərinə qarışması demək deyil. Bu sadəcə olaraq müsəlman İranın Azərbaycandakı din qardaşlarına bir növ ürək yandırmasıdır. Azərbaycan hökuməti yaxşı bilir ki, gey-parad keçirilsə, islamın müdafiəsi uğrunda qanımız töküləcək və biz bunun keçirilməsinə qətiyyən imkan verməyəcəyik”. Geri qayıt |