Əsas Səhifə > Siyasət, Manşet > VİLYAM HACIYEVƏ KİMSƏ SÖZ DEYƏ BİLMƏZ
VİLYAM HACIYEVƏ KİMSƏ SÖZ DEYƏ BİLMƏZ17-05-2012, 13:28 |
BƏYLƏR ƏYYUBOVA GÜVƏNƏN İCRA BAŞÇISI HAMIYA MEYDAN OXUYUR DİA.AZ: - Bir müddət əvvəl Samux rayon icra hakimiyyətinin başçısı postunda İmişliyə eyni posta transfer olunan Vilyam Hacıyevin əslində birdəfəlik olaraq vəzifəsindən alınacağı söylənilsə də, bu məlumatlar öz təsdiqini tapmadı. Hər halda, inandırıcı deyildi ki, dəfələrlə prezident İlham Əliyevi aldatmağa cürət etmiş bir rayon rəhbəri nəinki görəvində qalacaq, hətta yeni bir vəzifə ilə də mükafatlandırılacaq. Amma burası Azərbaycandır və YAP iqtidarı idarəçiliyi altında olan Azərbaycanda artıq bütün gözlənilməz olanların baş verməsinə bir növ öyrəncəliyik də. Vilyam Hacıyevə gəlincə isə o, Samuxa rəhbərlik etdiyi zaman sözügedən rayona səfər etmiş dövlət başçısına yenicə təmirdən çıxmış və camaat arasında «Mosu kişinin çayxanası» kimi tanınan obyekti «Şahmat Evi» kimi təqdim edərək, onun qırmızı lentini kəsdirməsi ilə nəinki rayonda, bütün ölkədə məşhurlaşıb. Bu bir yana, Samuxdakı hakimiyyətinin son günlərində gəncəli sahibkarlardan birinin Samux yox, məhz Gəncəyə aid ərazidə şəxsi vəsaiti hesabına inşa etdirdiyi ticarət mərkəzinin də lentini Vilyam Hacıyev kəsməklə samuxlulara «sizin üçün yeni iş yeri açmışam» saxta mesajını da ünvanlamışdı. Ki, bütün bunları Samuxda hələ də xatırlayırlar. İndi isə İmişli camaatı Vilyam Hacıyevin lətifəyə bənzər idarəçiliyinə dözmək zorundadırlar. Bu barədə rayondakı qaynaqlardan DİA.AZ-a ötürülən məlumatlardan da aydın olur ki, İmişliyə çatar-çatmaz Vilyam Hacıyev hamıya meydan oxumağa başlayıb. Xatırladaq ki, bu barədə bir neçə gün əvvəl də məlumat vermişdik və bildirmişdik ki, Samuxda olduğu kimi, İmişlidə də Vilyam Hacıyevin ilk düşmənçilik etdiyi şəxs Asfalt Zavodunun müdiri olub. Qeyd edək ki, əslində Samux Asfalt Beton Zavodunun müdiri Nəsrulla Nəzərovun Vilyam Hacıyevlə heç bir ədavəti olmayıb. Elə ədavəti yaradan icra başçısının özü olub. Prezident İlham Əliyevin Samuxa gəlişi ərəfəsində zavod müdirindən 100 min manat borc alan və sonradan rayonun abadlaşdırılması üçün Nəsrulla Nəzərova 391 min manatlıq iş gördürən Vilyam Hacıyev hələ də həmin pulları geri qaytarmayıb vəbu iş artıq bir neçə məhkəmə instansiyasının dartışma predmeti olub. Və belə görünür ki, özünü artıq İmişlidə padşah kimi hiss edən Vilyam Hacıyevin həmin atdığı pulları geri qaytarma niyyəti ümumiyyətlə, yoxdur. Hər halda, görünəni budur. Çünki hər kəsin cəzalandırılacağı gözlənilən icra başçsının yenidən vəzifə ilə mükafatlanması hər kəsdə bir naümidlik yaradıb. Vilyam Hacıyev isə İmişlidə özünü çox güvənli hiss edir. Rayondakı mənbəmiz bildirir ki, yerli nüfuz sahibi olan məmurları və sahibkarları qaralayan icra başçısı onları Bəylər Əyyubovun adından hədələyir: «Hamıya bildirir ki, o, Bəylər Əyyubovun adamıdır və kimsə ona söz deyə bilməz. Hətta Ramiz Mehdiyevin də ona söz deyə bilmədiyini icra hakimiyyətində keçirilən toplantıların birinə etiraf edib». Əslində, Vilyam Hacıyevin bu sözləri kifayət qədər inandırıcıdır. Çünki adam sözün düzünü deyir. Məgər onun xətrinə dəyən varmı? Geri qayıt |