Əsas Səhifə > Güney Press, Manşet, Araşdırma > VAHİD ƏHMƏDOVUN ADAMINDAN ŞOK AÇIQLAMA
VAHİD ƏHMƏDOVUN ADAMINDAN ŞOK AÇIQLAMA17-05-2012, 15:04 |
«QUBALILARI POLİS RƏİSİ TUTDURUR» DİA.AZ: - «Gündəm Xəbər» qəzetinin bu gün satışda olan sayında «Rauf Həbibovu mən devirmişəm» başlıqlı yazı gedib. Bu barədə DİA.AZ-a verilən məlumatda bildirilir ki, həmin yazıda Qubada baş verən 1 mart olaylarından bəhs olunur və bildirilir ki, həmin hadisələr zamanı Bakıdan proseslərin sakitləşdirilməsi üçün göndərilən qubalı deputat Vahid Əhmədov əslində maraqlı tərəflərdən biri olub. Yazıda qeyd olunur ki, Vahid Əhmədov hətta məclislərin birində sinəsinə döyərək «Rauf Həbibovu mən devirmişəm» şəklində açıqlama da verib. Və bu yazı artıq böyük ajiotaj yaradıb. Bu barədə məlumatı verən «Gündəm Xəbər» redaksiyasından bildiriblər ki, bu gün günorta saatlarında özünü Quba rayon sakini Vüsal kimi təqdim edən bir şəxs deputat Vahid Əhmədovun fəal müdafiəçisi kimi çıxış etməklə yanaşı, həm də yazılanlara etirazını bildirib: «Həmin şəxsin telefon nömrəsini də bilirik. Amma həqiqətən Vüsal olub-olmadığına əmin deyilik. Əslində bunun elə bir önəmi də yoxdur. Önəmli olanı odur ki, bizim «Vahid Əhmədov demişdi ki, qubalılardan kimsə həbs olunmayacaq, bəs bu gün həbsdə yatan qubalılara görə kim cavab verəcək, onların günahları nə idi» sualımızın qarşılığında həmin şəxs bütün günahı Qubanın polis rəisinin üzərinə atmaqla yanaşı, həm də həbs olunanların onun iradəsi ilə tutuqlandığını da bildirdi». Redaksiyadan əlavə olaraq o da bildirilib ki, Qubada baş verən 1 Mart hadisələri ilə bağlı araşdırmalarını davam etdirəcəklər və onların əlində Vahid Əhmədovun həmin olaylarda əslində çox ciddi maraq sahibi olmasını sübuta yetirən faktlar da var. Geri qayıt |