Əsas Səhifə > Siyasət, Manşet > ZƏLİMXAN MƏMMƏDLİ HƏBS OLUNA BİLƏR

ZƏLİMXAN MƏMMƏDLİ HƏBS OLUNA BİLƏR


18-05-2012, 12:27
ZƏLİMXAN MƏMMƏDLİ HƏBS OLUNA BİLƏR

ONUN BORÇALILALARA ÜNVANLADIĞI İFADƏ BÖYÜK QALMAQAL YARADIB

DİA.AZ: - “Zəlimxan Məmmədli yalan danışır, o Borçalılara “sürü” deyib”. Bu barədə DİA.AZ-a açıqlamasında Borçalı Milli Hərakatının (BMH) Sədri İsmayıl Qacar deyib. O, qeyd edib ki, Bakıda fəaliyyət göstərən Borcalı İctimai Birliyinin sədri Zəlimxan Məmmədli mətbuata açıqlamasında, utanmadan yalan danışıb:

“Borçalıları təhqir edib, sonra yalan danışmaq ikiqat təhqirdir. Mən araşdırma apardım və inkaredilməz faktlar ortaya çıxdı. Zəlimxan Məmmədli 16 fevral 2012-ci il tarixdə Bakıda Beynəlxalq Mətbuat Mərkəzində (BMM) mətbuat konfransında borçalıları təhgir edərək onları “sürü” adlandırıb. Onun borçalılar barədə işlətdiyi təhqiramiz ”sürü” ifadəsi ATV, SƏS Tv, İctimai Tv və Obyektiv Tv-nin kameralarında vizual fiksə edilib. Axşam isə ATV-nin efiri ilə yayımlanıb. Zəlimxan Məmmədlinin Borçalıları təhqir edən və ATV-nin efirində yayımlanmış ifadəsi http://www.youtube.com/watch?v=nJk-qn1gXYU internet ünvanında yerləşdirilmiş video materialda öz əksini tapıb. İnsanlar bu internet ünvanında baxıb Zəlimxan Məmmədlinin təhqiramiz ifadəsi ilə tanış ola bilərlər”.

Həmçinin İsmayıl Qacar qeyd edib ki, Zəlimxan Məmmədlinin ifadəsində cinayət tərkibi var: “Bu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərədilməsini üzərə çıxarır. Yaxın zamanlarda Zəlimxan Məmmədli barəsində xüsusi ittiham qaydasında məhkəməyə müraciət ediləcək və onun barəsində cinayət işi qaldırılaraq cinayət məsuliyyətinə cəlb edilməsinə nail olunacaq”.


Geri qayıt