Əsas Səhifə > Partiya > ƏCNƏBİ JURNALİSTLƏR MÜSAVATDA

ƏCNƏBİ JURNALİSTLƏR MÜSAVATDA


18-05-2012, 12:31
ƏCNƏBİ JURNALİSTLƏR MÜSAVATDA

ACLIQ AKSİYASI KEÇİRƏNLƏR ZİYARƏT OLUNDU

Müsavat Partiyasının qərargahında vicdan məhbuslarına azadlıq tələbi ilə başlanan aclıq aksiyası davam edir.

Müsavat qərargahından musavat.com-a verilən məlumata görə, bu gün aksiyanı işıqlandırmaq üçün Azərbaycanda olan əcnəbi jurnalistlər aclıq aksiyası keçirənlərə baş çəkiblər. Hollandiyanın və İngiltərənin aparıcı telekanalarından olan jurnalistlər aksiya iştirakçılarından müsahibə alaraq, onların əsas tələb və məqsədlərinin nə olduğu soruşub, ətraflı cavablar alıblar.

Qeyd edək ki, aksiya artıq iki gündür başlanıb və aclıq aksiyasına qoşulanlar arasında qadınların sayı artmaqdadır.

Geri qayıt