Əsas Səhifə > Sosial, Manşet > BAKIDAN TEHRANA XƏFİYYƏ XƏBƏRİ

BAKIDAN TEHRANA XƏFİYYƏ XƏBƏRİ


18-05-2012, 12:43
BAKIDAN TEHRANA XƏFİYYƏ XƏBƏRİ

ŞOK: “İSRAİL CASUSU”NU BAKIDAKI DİPLOMAT ƏLƏ VERİB

DİA.AZ: - İsrailin xeyrinə casusluqda ittiham olunaraq mayın 16-da edam edilən iranlı boksçu Məcid Cəmali Paşi qalmaqallı WikiLeaks saytında ABŞ-ın Bakıdakı səfirliyinin gizli məlumatlarının dərc edilməsi nəticəsində saxlanılıb.

Britaniyanın Times qəzeti yazır ki, ABŞ-ın Bakıdakı səfirliyindən hansısa diplomat tərəfindən göndərilən 09BAKU687 saylı teleqram Culian Assanja verilib.

Adı çəkilməyən mənbə amerikalı diplomata bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusuna İİKK) tabe olan Bəsic (İranın könüllülərdən ibarət yarımhərbiləşdirilmiş milisi) öz üzvlərinə İranın iri şəhərlərindəki boks klublarında təlim keçir. WikiLeaks-də bu yazı dərc olunandan bir az əvvəl Bakıda yarışlarda iştirak etmiş Paşi bir neçə gündən sonra həbs olunub.

Paşi professor Məsud Əli Məhəmmədinin qətlinə görə ölüm cəzasına məhkum edilib. Xatırladaq ki, alim 2010-cu ilin yanvarında avtomobilinin yanında motosiklin partlaması nəticəsində həlak olub.

Paşi etiraf edib ki, Məhəmmədini İsrail xüsusi xidmətinin tapşırığı ilə aradan götürüb.

İranın Mehr agentliyinin məlumatına görə, Paşi yerli TV-nin efirində etiraf edib ki, “Mossad”ın tapşırıqlarını yerinə yetirib. O danışıb ki, İsrailə gedib, xarici kəşfiyyat zabitləri ilə təlim keçib və öz xidmətlərinə görə $120.000 alıb.


Geri qayıt