Əsas Səhifə > Güney Press, Üçüncü sektor > JURNALİSTİN MƏHKƏMƏSİ BAŞLADI

JURNALİSTİN MƏHKƏMƏSİ BAŞLADI


18-05-2012, 14:23
JURNALİSTİN MƏHKƏMƏSİ BAŞLADI

BİR NEÇƏ GÜNƏ HƏBS MÜDDƏTİ BİTİR

Binəqədi Rayon Məhkəməsində İranın “Səhər” telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlının mühakiməsi başlayıb. Vəkil Anar Qasımlının “Media forum” saytına verdiyi məlumata görə, mayın 18-də hazırlıq iclası keçirlib.

Anar Qasımlının sözlərinə görə, hakim Tərlan Əkbərovun qarşısında bir neçə vəsatət qaldırıb: “Bir neçə gün sonra Anar Bayramlı haqqında seçilmiş həbs qətimkan tədbirinin müddəti bitir. Birinci vəsatət onun azadlığa buraxılması ilə bağlı oldu. İkincisi, protokollarda göstərilib ki, fevralın 17-də Anar Bayramlı gecə saat 21:30 radələrində evinin qarşısında həbs olunub. Əslində onu saat 18-19 radələrində polisə dəvət ediblər. Biz vəsatət qaldırdıq ki, Anar Bayramlının ailə üzvləri məhkəməyə şahid qismində dəvt edilsinlər”.

Anar Qasımlı vurğulayıb ki, əgər Anar Bayramlı polisə dəvət edilibsə və öz xoşu ilə ora gedibsə, narkoman olsa belə, bölməyə cibində narkotik maddə getməzdi.

Məhkəmə iclası mayın 24-ü saat 11:30-a təyin edilib.

Anar Bayramlı 1980-ci ildə Bakıda anadan olub. 2008-ci ildən “Səhər” telekanalının Bakı nümayəndəliyində müxbir kimi çalışır.

Fevralın 17-də həbs olunan Anar Bayramlı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə ittiham olunur.


Geri qayıt