Əsas Səhifə > Güney Press, Araşdırma > ANS KORPORATİV İMİCİNİ DƏYİŞİR

ANS KORPORATİV İMİCİNİ DƏYİŞİR


18-05-2012, 14:56
ANS KORPORATİV İMİCİNİ DƏYİŞİR

19 MAYDA YENİ ÜSLUBDA

ANS telekanalı mayın 19-dan tamaşaçıların qarşısına yeni üslübda çıxacaq. Belə ki, telekanal öz loqotipini və efir dizaynını dəyişib. Yeni üslüb kimi geometrik fiqur – romb seçilib. Yeni loqotip birləşmiş üç rombdan ibarətdir və hər rombun üzərində «A», «N» və «S» hərfləri yazılıb. Onlar birlikdə televizor və kamera rəmzi olan “qutunu” əmələ gətirir.

Müxtəılif rənglərdə olan bu loqotiptdən ANS-in digər strukturlarında da istifadə olunur. “Azərbaycan mədəniyyətində romba tez-yez rast gəlinir. O, Azərbaycan xalçalarının ornametlərində, memarlıqda, keramika məhsullarında var. Paxlava da romb formasındadır”, ANS art-direktoru, alman mütəxəssis Andreas Brietske şirkətin yeni korporativ üslubunun təqdimatında bildirib.

ANS proqramlarının rəngi və qrafik dizaynı da dəyişdirilib. Səhər verilişləri günəş rəmzi olan narıncı və sarı rənglərlə müşayiət olunacaq. Xəbərlərdə neytrallığı, obyektivliyi, qloballığı əks etdirən göy rəng üstünlük təşkil edəcək. Siyasi proqramlar ANS-də üstünlük təşkil edən ənənəvi qırmızı rənglə əhatə olunacaq”, - ANS-in rejissoru Anti Dombrovski vurğulayıb.

O həmçinin kadrların təkmilləşdirildiyini, xarici mütəxəssislər tərəfindən treninqlərin keçirildiyini bildirib. Bundan əlavə, vorkşoplar təşkil edilib ki, burada da iş üçün qabiliyyətli gənc dizaynerlər seçilib.

ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev bildirib ki, ANS yeni üslubda şirkətin Azərbaycan mədəniyyətinə, tarixinə bağlılığını, eyni zamanda zamanla ayaqlaşmağa, gələcəyə can atdığını əks etdirir.

O deyib ki, iyundan ANS-in proqramlarına on-line rejimində və kanalın saytında baxmaq olar.


Geri qayıt