Əsas Səhifə > Güney Press, Üçüncü sektor > "AZƏRBAYCAN İRAN OLMAYACAQ"

"AZƏRBAYCAN İRAN OLMAYACAQ"


20-05-2012, 12:57
"AZƏRBAYCAN İRAN OLMAYACAQ"

ALMANİYADA FARS REJİMİNƏ QARŞI AKSİYA

Almaniyada yaşayan azərbaycanlılar Berlində İranın bu ölkədəki sfəirliyi qarşısında etiraz aksiyası keçiriblər. Aksiya iştirakçıları İranın Cənubi Azərbaycanda insan hüquqlarını pozması, Azərbaycanlıların öz dillərində təhsil almasına imkan verməməsi, Azərbaycan respublikasının daxili işlərinə qarışmasına etiraz ediblər. İran əhalisinin yarıdan çoxunu azərbaycanlıların təşkil etməsinə baxmayaraq hakimiyyət tərəfindən onların ikinci dərəcəli xalq hesab edildiyini bildiriblər.

Aksiyada "İran Cənubi Azərbaycanlıların hüquqlarını ver", "İran Ermənistan qardaşlığına son", "Azərbaycanın daxili işlərinə qarışma", "Azərbaycan İran olmayacaq" şüarları səsləndirlib.

Qeyd edək ki, bu gün İsveç və Niderlandda yaşayan azərbaycanlılar da İrana qarşı aksiyalar keçirəcəklər.Yaxın bir həftə ərzində dünyanın bir çox ölkələrində yerləşən İran səfirlikləri qarşısında da etiraz aksiyalarının təşkil edilməsi gözlənilir.


Geri qayıt