Əsas Səhifə > Siyasət, Manşet > OQTAY ŞİRƏLİYEVİN BAYTARLARI İŞ BAŞINDA

OQTAY ŞİRƏLİYEVİN BAYTARLARI İŞ BAŞINDA


20-05-2012, 13:14
OQTAY ŞİRƏLİYEVİN BAYTARLARI İŞ BAŞINDA

BAYIL SAKİNLƏRİNİN TALEYİ KİMLƏRİN ÜMİDİNƏ BURAXILIB?

DİA.AZ: - Səhiyyə sahəsində yaşanılan problemlər günü-gündən artamqdadır. Hətta bəzi ekspertlər belə hesab edir ki, Oqtay Şirəliyevin nazir postuna gəlişindən sonra bu sahəyə ayrılan böyük dövlət vəsaitinin qarşılığında belə insanların sağlamlığının qorunması yönündə elə bir ciddi yenilənmələr baş verməyib. Əksinə, hətta Oqtay Şirəliyevin indiki dönəmi Əli İnsanovun 7 il əvvəlki dövrü ilə asanlıqla müqayisə olunur ki, bunun özü də böyük biabırçılıqlardan xəbər verir. Hər halda, bu 7 illik müddətdə inkişaf olmalı idi.

Yox, inkişaf var. Neft pullarından səhiyyəyə yönəldilən vəsait hesabına xəstəxanaların bəziləri təmir olunub, bəzilərində yeni avadanlıqlar quraşdırılıb. Yəni hər şey gözəgəlimlidir. Necə ki, digər sahələrdə əslində xalqa çatmalı olan pullar daşa-divara, bələ-bəzəyə yönəldilir, eləcə də səhiyyə sisteminə ayrılan pullar xəstəxana divarlarını qucaqlayan aqlayların ağardılması yolunda xərclənilib.

Ən dəhşətli məsələnin həlli yönündə isə heç bir addım atılmayıb. Söhbət həkim savadsızlığı nəticəsində yaranan problemlərdən gedir. Bunu nə pulla, nə də ki, xəstəxanaların divarlarını boyamaqla həll etmək mümkün deyil. Bunun üçün sistemli fəaliyyət tələb olunur.

Bu bir faktdır ki, bu gün Azərbaycan xəstəxanalarında, hətta paytaxtdakı tibb ocaqlarında qeyri-ixtisas sahibləri həkimlik fəaliyyəti ilə məşğuldurlar. Bu barədə problemlər dəfələrlə qaldırılsa da, hələ də kimya müəlliminin cərrah işləməsinə, fizikin dantist kimi çalışmasına, adi əczaçılıq savadı olan birisinin isə insanlara diaqnoz qoymasına kimsə əngəl ola bilmir və yaxud da əngəl olmaq istəmir.

Ən acınacaqlı durumlardan biri isə Bakının mərkəzi rayonu hesab olunan Səbayelin Bayıl qəsəbəsi ərazisində yerləşən 33 saylı poliklinikada baş verməkdədir. Bununla bağlı DİA.AZ-a müraciət edən bir qrup Bayıl sakininin sözlərindən belə aydın oldu ki, sözügedən poliklinikada çalışanların böyük əksəriyyətinin tibbi savadı baytarlıqdan uzağa getmir. Yəni əslində mal-heyvanı müaiynə etməli olan şəxslər bu gün guya ki vətəndaşların SAĞLAMLIQLARININ KEŞİYİNDƏ dayanıblar.

Gözləri yalnız pulu tanıyan 33 saylı polilinikanın həkimləri hətta analizləri belə oxuya biləcək savada sahib deyillər. Şikayətçilər bildirr: «Yalnız xəstəni danışdırmaqla onun xəstəliyi barəsində nəsə öyrənməyə çalışırlar. Analizləri oxuya biləcək bir həkim də yoxdur. Yalandan boş yerə bizi analiz verməyə göndərirlər. Sonra da analizin nəticələrinin əlində əsir-yesir qalırlar».

Sakinlər bildirir ki, 33 saylı polilinikada fəaliyyət göstərən həkimlərin bisavadlığından hətta səhiyyə nazirlyinə də şikayət ünvanlayıblar: «Nazirliyin «qaynar xətti»nə də müraciət etmişik. Amma tədbir görən yoxdur. Ərazimizdə yerləşdiyindən biz də məcburuq ki, bu poliklinikaya müraciət edək. Belə özbaşınalıqmı olar? Bizim həyatımızı baytarların ümidinə niyə buraxıblar?»

Sakinlər onu da bildirdilər ki, indi «Avroviziya» yarışması keçirilir: «Yarışma da Bayıl qəsəbəsi ərazisinə düşdüyündən xeyli sayda turist qəsəbədədir. İndi onların birinin burnu qanasa, bu poliklinikanın bisavad həkimləri nə edəcək? Yəqin o halda, bizim hökumətimiz hansısa tədbirə əl atar. İndi biz nə etməliyik. Oturub, gözləməliyik ki, hansısa turistin başına iş gəlsin?»

Redaksiyadan: Qarşı tərəfi də dinləməyə hazırıq…


Geri qayıt