Əsas Səhifə > Partiya > KOPENHAGENDƏ “LƏNƏT OLSUN İRANA!” DEYİLDİ

KOPENHAGENDƏ “LƏNƏT OLSUN İRANA!” DEYİLDİ


20-05-2012, 13:19
KOPENHAGENDƏ “LƏNƏT OLSUN İRANA!” DEYİLDİ

DANİMARKADA DA İRANA QARŞI AKSİYA KEÇİRİLİB

Danimarkada yaşayan azərbaycanlılar Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsi ərəfəsində İranın Azərbaycanda sabitliyi pozmaq cəhdlərinə, bu yarışma ilə əlaqədar Tehranın Azərbaycanın əleyhinə apardığı təbliğata etiraz olaraq İran İslam Respublikasının Kopenhagendəki səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

Aksiya iştirakçılarının APA-ya verdiyi məlumata görə, İran səfirliyi qarşısında toplaşan nümayişçilər “Lənət olsun İrana!”, “Rus, İran, Erməni.. Türklərin düşməni!”, “Nə mutlu, Türküm Diyene!” və s. şüarlar səsləndiriblər.

Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyətinin sədri Səfər Sadiqi İranın Ermənistanın Azərbaycan torpaqlarını işğalına məhəl qoymadan onunla sıx diplomatik əlaqələr qurduğunu, İran ərazisində yaşayan 35 milyon azərbaycanlının Azərbaycanla birləşməsindən qorxduğunu, “Eurovision” müsabiqəsinin finallarını izləmək üçün Avropadan Azərbaycana 1500-dək jurnalistin gəlməsindən təşvişə düşdüyünü bəyan edib: “İran Azərbaycanın dünya ictimai rəyinə müasir mədəniyyəti ilə çıxmasından, ərazisindəki 35 milyon azərbaycanlının hərəkətə keçə bilməsindən qorxaraq Azərbaycanda sabitliyi pozmağa çalışır”.

S. Sadiqi nümayişçilərin gətirdiyi, İranda insan haqlarının pozulması, insanların edam edilməsi rəsmləri, eləcə də İran prezidenti Mahmud Əhmədnejadın Ermənistan dövlət adamları ilə şəkilləri əks olunmuş plakatları cırıb.

Bir saat yarım davan edən nümayiş insidentsiz başa çatıb.


Geri qayıt