Əsas Səhifə > Sosial, Manşet > QAZAXDA YERLİ HAKİMİYYƏTƏ QARŞI MİTİNQ TƏDARÜKÜ

QAZAXDA YERLİ HAKİMİYYƏTƏ QARŞI MİTİNQ TƏDARÜKÜ


20-05-2012, 13:47
QAZAXDA YERLİ HAKİMİYYƏTƏ QARŞI MİTİNQ TƏDARÜKÜ

“AVROVİZİYA-2012” 22 MAY AKSİYASININ ERTƏLƏNMƏSİNƏ NƏDƏN OLDU

DİA.AZ: - Qazax ağsaqqalları və ziyalıları ölkə prezidentinə müraciət hazırlayırlar. Bu barədə rayondakı qaynaqlardan DİA.AZ-a daxil olan məlumatda deyilir ki, müraciətdə rayonun keçmiş icra başçısı Rauf Huseynovun bir çox əməlləri səbəbindən ona qarşı cinayət işinin açılması xahişi prezidentə ünvanlanıb. Onu da bildirək müraciət müəllifləri Rauf Hüseynovu olduqca ağır ittihamların hədəfinə çeviriblər ki, biz redaksiya olaraq həmin ittihamları təkrarlaya bilmirik.

Onu da bildirək ki, Rauf Huseynovun işlədiyi dövrdə rayonda narazılıqlara səbəb olması rəsmi Bakının da diqqətini cəlb edib. Bu barədə danışan mötəbər mənbə iddia edir ki, hətta müvafiq dövlət qurumları icra başçısının fəaliyyətini xüsusi nəzarətə alaraq, onun bütün əməllərini araşdırır. Mənbəmiz məlumatında hətta onu da bildirdi ki, Rauf Hüseynovun ölkəni tərk etməsinə icazə də verilmir:

“Onun adı, vətəndaşları aldadan məşhur tikinti şirkətlərindən birinin prokurorluqda araşdırılan cinayət işində hallanır. Bir vaxtlar Qazaxda məişət pozğunluğu ittihamının da hədəfinə çevrilmiş Rauf Hüseynov işdən qovulduqdan təxminən on gün sonra Bakıya gedib, Almaniyada təhsil alan oğluna baş çəkmək istəyib. Amma hava limanında onu saxlayaraq ölkəni tərk etməsinə qadağa qoyulub. Maraqlıdır ki, Rauf Hüseynovun Almaniyada şəxsi mülkü də var. Belə ki, onun oğlu Almaniyada oxuyur və Rauf Hüseynovun Almaniyada bir neçə biznes obyekti də var”.

Qeyd edək ki, Azərbaycanda döyülmüş ilk icra başçısı kimi də tanınan Rauf Hüseynovun vəzifədən getməsinə Qazax ziyalıları səbəb olmuşdu. Belə ki onun bir sıra əməlləri ziyalılar arasında ciddi etiraza səbəb olmuşdu və onlar millət vəkili Vaqif Səmədoğlu vasitəsilə prezident İlham Əliyevə müraciət ünvanlayaraq Rauf Hüseynovun rayona rəhbərlik etməyə bundan sonra mənəvi haqqının olmadığını israr etmişlər.

Xatırladaq ki, sabiq icra başçısının Qazaxdakı "N" saylı hərbi hissənin komandiri və tabor komandirinin müavini (ad və soyadlarını bilərəkdən yazmadıq) tərəfindən döyülməsinə səbəb də məhz R. Hüseynovun növbəti qeyri-etik hərəkəti olub.

DİA.AZ-a ünvanlanan müraciətlərində Qazax sakinləri sözgedən olayı xatırladaraq bildirirlər: “Rauf Hüseynovun ən yaxın adamlarından hesab olunan və həmin dövrdə başçının köməkçisi vəzifəsində işləyən, indinin özündə də Qazaxda yüksək vəzifə tutan Rövşən Nəbiyev nəyə görə onu bu işlərdən əl çəkməyə təhrik etmədi?” Şikayətçilər bildirir ki, bu sadiqliyin və bəzi “yaxşı” xidmətlərinin müqabilində sabiq başcısı gethagetində Rövşən Nəbiyevi koməkçi vəzifəsindən icra nümayəndəsi vəzifəsinə təyin etməyə hazırlaşırdı ki ortaya bir problem çıxmışdı:

“Elə həmin dövrlərdə Rövşən Nəbiyevin oğlu Kənan Nəbiyev Ağstafa rayonunda 2 dostu ilə birgə “Sərinlik” restoranında Günel Bəhramova adlı günahsiz bir qızı zorlamaqda ittiham olunurdular. Bu məsələylə bağlı prokurorluqda cinayət işi açılmasına baxmayaraq, Rövşən Nəbiyevin icra nümayəndəsi vəzifəsinə gətiriləcəyi ilə bağlı niyyət olduğundan bu iş sabiq başçısı Rauf Hüseynovun əli ilə ört-basdır edildi. Nəhayət R.Nəbiyev icra nümayəndəsi kürsüsünə əyləşə bildi. Elə həmin gündən etibarən qazaxlıların qara günləri başladı. Çünki heç vaxt vəzifə görməmiş və deyilənlərə görə tamahı yerdən göyə qədər olan bir adam üçün birdən-birə belə bir yüksək vəzifəyə gəlməsi ən birinci onun özünü şoka saldı. Öz hüquq və vəzifəsini bilməyən və vətəndaşlarla münasibətlərini normal tənzimləməyi bacarmayan bu zavallı tez bir zamanda cəmiyyətin qınaq onyektinə çevrildi”.

Şikayətçilər bildirir ki, Rauf Hüseynovun himayəs altında olan Rövşən Nəbiyev rayonda əməlli-başlı jorrupsiya mexanizmi də yaradıb: “Bir nəfər adının çəkilməsini istəməyən Qazax sakini bildirir ki onun gəlini ushaq bağçasina ayda 70 man maaş üçün işə girməyə Rövşən Nəbiyevə 6000 AZN verib. Lakin buna söz verilmişdi ki maaş yüksək olacaq. Maaşın yüksək olmamasından narazı olan həmin şəxs Rövsən Nəbiyevdən hec olmasa pulunun yarısını geri qaytarmasini tələb etsə də, heç nəyə nail ola bilməyib”.

Onu da bildirək ki, sakinlər məktublarında Rövşən Nəbiyevi hədəfə alan çox ciddi faktları da sdalayıblar və bildirirlər ki, Rövşən Nəbiyev tərəfindən cana doymuş bir qrup iş adamı və narazı vətəndaşlar 22 may saat 10.00-da İcra Numayəndəliyinin binası qarşısında etiraz aksiyası keçirməyi planlaşdırıblarmış: “Lakin ölkəmizdə “Avroviziya” mahnı müsabiqəsinin keçirilməsinə görə dövlətimizə hörmət əlaməti olaraq etiraz aksiyasını 22 iyun saat 10.00-a keçirdik”.

Geri qayıt