Əsas Səhifə > Hadisə > POLİS ÖZÜNÜ GÜLLƏLƏDİ
POLİS ÖZÜNÜ GÜLLƏLƏDİ17-10-2011, 10:54 |
23 YAŞLI POLİSİN İNTİHARININ SƏBƏBİ MƏLUM DEYİL Azərbaycanın Biləsuvar rayonunda polis əməkdaşı intihar edib. Bu barədə APA-ya Rayon Polis Şöbəsindən bildirilib. Hadisə oktyabrın 16-da rayonun Heydər Əliyev küçəsi, dalan 2, ev 17 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1988-ci il təvəllüdlü Orxan Rasim oğlu Abbasov yaşadığı evdə özünü güllələyib. 23 yaşlı polisin intihar etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. Qeyd edək ki, intihar edən O. Abbasov Biləsuvar Rayon Polis Şöbəsinin rəis müavini Rasim Abbasovun oğludur. O. Abbasov özü də polis əməkdaşı olub. Geri qayıt |