Əsas Səhifə > Şou-biznes > EFİRİMİZİN SEKSİ APARICISI DANIŞDI

EFİRİMİZİN SEKSİ APARICISI DANIŞDI


15-09-2011, 16:03
EFİRİMİZİN SEKSİ APARICISI DANIŞDI

"HEÇ VAXT BELƏ KÜBAR OLMAMIŞDIM"

Azərbaycan teleməkanının ən cazibədar aparıcılarından olan Zemfira Adıgözəlova imicini dəyişib.

Milli.Az xəbər portalının məlumatına görə, "Qızıl pillə"nin seksi aparıcısı yeni mövsümdə adət etdiyi mini ətəklərdən əl çəkib, xanım-xatunluğa üstünlük verəcək. Belə ki, Zema modelyer Fəxriyyə Xələfovaya üz tutub:

"Çox sağ olsun Fəxriyyə xanım. İlk dəfə idi, bu cür kübar obrazda görünürdüm. Heç vaxt fikirləşməzdim ki, mənə o cür paltarlar yaraşar. Çünki hər zaman şort, losina, mini ətəklər, yəni mənim üçün rahat olan paltarlara üstünlük vermişəm.

Ancaq yeni mövsümdə mən Fəxriyyə Xələfovaya üstünlük verəcəyəm. Bu il mənim üçün Fəxriyyə Xələfova ili olacaq. Geyindiklərim ona məxsus olacaq, yəni onun zövqü, onun seçimi. Düzdür, Fəxriyə xanım geyimlərində hər zaman kübarlığa və klassikaya üstünlük verib. Onun libaslarında açıq-saçıqlıq yoxdur. Mən də istədim eksperiment edim. Bu günə qədər öz toyumu çıxmaq şərti ilə heç vaxt o cür kübar görünməmişdim. Ancaq bu dəfə özüm də heyran oldum".

Zema fotoqraf Ruslan Teymurfulatovun çəkdiyi yeni fotolardan da söz açdı: "Bu fotosessiyada yayla vidalaşdığımı hiss etdim. Yeni mövsümə isə salam dedim. Qarşıda bizi və tamaşaçıları maraqlı anlar gözləyir".

Məlumat üçün bildirək ki, Zema bu dəfə stilistini də dəyişib. Belə ki, onun vizajı üzərində Samir Əliyev deyil, Sevinc Suleymanova çalışıb.


Geri qayıt