Əsas Səhifə > Siyasət, Manşet > DAHA BİR AYƏTULLAHIN GEY-PARAD DƏRDİ
DAHA BİR AYƏTULLAHIN GEY-PARAD DƏRDİ21-05-2012, 12:06 |
AYƏTULLAH SÜBHANİ DƏ ANTİAZƏRBAYCAN TƏBLİĞATINA QOŞULUB DİA.AZ: - Hətta bilə-bilə ki, Azərbaycanda «gey-parad» təşkil olunmayacaq, bu halda belə Azərbaycana düşmən siyasətindən vaz keçməyən fars-molla rejimi ölkəmizə qarşı qarayaxmalarını davam etdirir. Acınacaqlısı odur ki, bəzi mətbu orqanlarımız da bilmədən fars təbliğat maşının əlində alətə çevrilir ki, bu da böyük təhlükədir. DİA.AZ bildirir ki, əslində mətbu orqanlarımızın fars-molla rejiminin tələsinə düşmələri burada dövlətlə hakimiyyətin arasındakı fərqi görməməzlikdən və bilməməzlikdən irəli gələn məsələdir. Hər halda, «bu məlumat hakimiyyətin əleyhinədir» prinsipi ilə hərəkət etməyin özü belə doğru deyil. Çünki unutmalı deyilik ki, bu hakimiyyət artıq kənarda Azərbaycan dövlətini təmsil edir. Eyni məntiqlə Ermənistan iqtidarını da müdafiə etməliyikmi? Çünki onlar da rəsmi Bakının əleyhinə çox sərt açıqlamalar verirlər. Hətta elə açıqlamalar ki, həmin ifadələrin altına ən radikal meyilli müxalifimiz belə imzasını basa bilməz. Yəni istənilən halda bizlərin İranın xüsusi xidmət orqanlarına xəbərsiz xəbərçilik etməyimiz olduqca təhlükəlidir. AntiAzərbaycan ruhlu İran mətbuatına gəlincə isə bu maşın üzərimizə hələ çox yeriyəcək. Son günlər isə iranın dini rəhbərləri uydurma «gey-parad» məsələsini əllərində rəhbər edərək dövlətimizin nüfuzuna zərbə vurmağa çalışır, inanclı insanlarımızı təxribatlara təhrik etməyə çalışırlar. Belə bir ovqatlı açıqlamanı isə iranın daha bir dindarı da dilinə gətirib. Həmin materialı diqqətinizə çatdırırıq: «Ayətullah Sübhani Azərbaycan Respublikasında keçiriləcək "Eurovision" müsabiqəsinə işarə edərək dedi: "Dövlət bu əməli ilə ölkə cavanlarını eyş-işrət və fəsada çəkmək istəyir. Ona görə də bütün medialar bu mövzuya qarşı çıxmağa vəzifəlidirlər". “AranNews” bildirir ki, Təqlid mərcəsi Qum şəhərinin Etikaf Təşkilatının üzvləri və Tələbələrin Əsərlərinin Nəşriyyatının məsulları ilə görüşündə AR-da keçiriləcək "Eurovision" müsabiqəsinə də toxunaraq dedi: "Bir neçə gündən sonra əhalisinin 70 faizdən çoxunu şiələr təşkil edən bir ölkədə bu müsabiqənin proqramı çərçivəsində homoseksualların parad keçirməsi də planlaşdırılır. Azərbaycan dövləti bu əməli ilə ölkə cavanlarını eyş-işrət və fəsada çəkmək istəyir. Ona görə də bütün medialar bu mövzuya qarşı çıxmağa vəzifəlidirlər və inşallah, sizin qələmləriniz bu mövzuda təsirli olacaq"». Geri qayıt |