Əsas Səhifə > Güney Press, Araşdırma > ERMƏNİ ƏSGƏR MÜƏMMALI ŞƏKİLDƏ GƏBƏRİB

ERMƏNİ ƏSGƏR MÜƏMMALI ŞƏKİLDƏ GƏBƏRİB


21-05-2012, 13:03
ERMƏNİ ƏSGƏR MÜƏMMALI ŞƏKİLDƏ GƏBƏRİB

ERMƏNİ NAZİRLİK İSƏ SUSUR

Ermənistan ordusunun əsgəri silahla ehtiyatsız davranış nəticəsində ölüb. APA-nın Ermənistanın «Asparez» qəzetinə istinadən verdiyi məlumata görə, Gümrüdən hərbi xidmətə çığırılmış əsgər, 19 yaşlı Armen Arutunyan əlində qumbaranın partlaması nəticəsində ölüb. Onun valideynlərinə 3 gün sonra övladlarının öldüyü bildirilsə də, Ermənistan Müdafiə Nazirliyi tərəfindən hadisənin təfərrüatları barədə rəsmi açıqlama verilməyib.

Meyitin üzərində müxtəlif xəsarət izləri olub. Müdafiə Nazirliyinin tibbi ekspertizasının verdiyi rəydə ölümün səbəbləri aydın göstərilməyib.

Qəzetin məlumatına görə, 2012-ci ildə Ermənistan ordusunda qeyri-döyüş şəraitində 20-dən çox ölüm hadisəsi baş verib.

Geri qayıt