Əsas Səhifə > Dünya > SAAKAŞVİLİ SƏRHƏD QALMAQALINA ƏL QOYUR

SAAKAŞVİLİ SƏRHƏD QALMAQALINA ƏL QOYUR


21-05-2012, 13:06
SAAKAŞVİLİ SƏRHƏD QALMAQALINA ƏL QOYUR

GÜRCÜSTAN KOMİSSİYASININ İCLAS OLACAQ

Çikaqoda Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan “David Qareci” kilsə kompleksi ilə bağlı məsələ müzakirə olunub.

SalamNews-un «Gürcüstan-Online»-a istinadən verdiyi xəbəər görə, görüşün böyük hissəsi kilsə kompleksi ətrafında baş verən hadisələrə həsr edilib. Bununla yanaşı, görüş zamanı prezidentlər ölkələr arasındakı əməkdaşlıq və dostluq əlaqələri barədə danışıblar.

Görüş bitdikdən sonra Gürcüstanın XİN rəhbəri Qriqol Vaşadze bildirb ki, Mixail Saakaşvili vətənə döndükdən sonra Azərbaycan ilə sərhədlərin delimitasiyası və demarkasiyası üzrə hökumətlərarası komissiyanın iclasını çağıracaq və bu məsələ ilə bağlı işlər gücləndirilmiş rejimdə davam edəcək.

XİN başçısı deyib: “Gürcüstan və Azərbaycan prezidentlərinin görüşdə söhbətin böyük qismi son zamanlar “David Qareci” kilsə kompleksi ilə bağlı hadisələrə həsr edilib. Bildirmək istəyirəm ki, bu, yeni problem deyil və hələ sovet vaxtında bilərəkdən və ya bilməyərəkdən, administrativ sərhəd elə ayrılıb ki, kompleksin təqribən 2% hissəsi Azərbaycana düşüb. Gürcüstana qayıtdıqdan sonra prezidnetin göstərişi ilə biz sərhəd komissiyasının iclasının çağırılmasını və bu məsələ ilə bağlı işlərin gücləndirilmiş rejimdə getməsini tələb edəcəyik”.

Xatırladaq ki, Çikaqoda Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin görüşü də planlaşdırılır.


Geri qayıt