Əsas Səhifə > Partiya > XANIMLAR DA AKSİYAYA QOŞULDU
XANIMLAR DA AKSİYAYA QOŞULDU17-10-2011, 11:08 |
MƏHBUS AİLƏLƏRİNİN ACLIQ AKSİYASI DİQQƏTDƏ Oktyabrın 14-dən Müsavat Partiyasının qərargahında 2 aprel aksiyası zamanı həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Elnur Məcidlinin atası Arzuman Məcidli və Müsavat Partiyasının üzvü Rüfət Hacıbəylinin atası İbrahim Hacıbəylinın başladığı aclıq aksiyası davam edir. Bu gün aclıq aksiyasına AXCP sədrinin müavini Gözəl Bayramlı və AXCP Ali Məclisinin sədr müavini İradə Əliyeva da qoşulublar. Xatırladaq ki, aclıq aksiyası Məhbus Ailələri Komitəsinin qərarına uyğun başlanılıb. Məhbus Ailələri Komitəsinin 18 üzvü var. Komitəyə 2 aprel mitinqində tutulanlarla yanaşı Ruslan Bəşirlinin, Cabbar Savalanlının, Bəxtiyar Hacıyevin, Vidadi İsgəndərlinin ailələri daxildir. Geri qayıt |