Əsas Səhifə > Siyasət, Manşet > MƏRKƏZİ BANKA TAMAH SALAN “REVİZOR”...

MƏRKƏZİ BANKA TAMAH SALAN “REVİZOR”...


22-05-2012, 12:06
MƏRKƏZİ BANKA TAMAH SALAN “REVİZOR”...

ÖZÜNÜ “AKKORD”UN BOZ KARDİNALI SAYAN İSMAYIL BƏDƏLOV KİMDİR?

DİA.AZ: - Vaxtilə Milli Bankda “revizor” vəzifəsində fəaliyyətə başlayan İsmayıl Bədəlov sonradan Elman Rüstəmov ilə yola getmədiyi üçün məcbur olub “öz xahişi” ilə işdən çıxması barədə ərizə yazıb. O, həmişə dostlarının yanında deyirmiş ki, Milli Bankın sədri olmağa ancaq mən layiqəm, çünki respublikada özümdən başqa güclü iqdisadçı görmürəm. İsmayıl Bədəlov sonradan Beynəlxalq Bankın keçmiş sədri Fuad müəllimin yaxınlarının vasitəsi ilə Beynəlxalq Banka işə düzəlir, ancaq orada da öz xasiyyəti ucbatından onun fəaliyyəti çox çəkmir. Demək olar ki, heç bir kollektivə uyğunlaşa bilməyən İsmayıl Bədəlov yenidən Bakı şəhərində iş axtarışına çıxır.

Nəhayət 1997-ci ildə İsmail Bədəlov istədiyinə nail olur.

Həmin illərdə “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərov Azərbaycanda Lukoil konsorsiumu açır və İsmail Bədəlovu ora muavin təyin edir.

DİA.AZ bildirir ki, şirkətin hesabına İsmail Bədəlova Milli Konservatoriyanın yanındakı binada 5 otaqlı mənzil alınır. Vahid Ələkbərov tərəfindən ona bildirilir ki, göstərilən etimadı hökmən doğrultmalıdır.

Ancaq İsmayıl Bədəlov ona göstərilən etimadı doğrultmur və konsorsiumun muavini olaraq şirkətin pulun düzgün istiqamətə yönəltmir və buraxdığı nöqsanlarla bağlı Moskvadakı rəhbərliyə məruzə olunur. Ancaq problem asanlıqla həll olunmur. İsmayıl Bədəlovu işdən çıxara bilməyən konsorsium axırda məcbur olub onu məhkəmə yolu ilə işdən uzaqlaşdırır. Və məhkəmədə İsmayıl Bədəlovun işlədiyi müddətdə konsorsiumun vəsaiti hesabına Bakı şəhərində aldığı bütün mülkiyyət geri alınır.

Yenidən işsizlik etapına girən İsmayı Bədəlov 8-9 il işsiz qalır. Ancaq onun şansı bu dəfə də gətirir.

“Akkord” şirkətinin rəhbərliyi dəyişiləndə İsmayıl Bədəlov şirkətin “reviziya şöbəsi”nə rəisi təyin olunur. Köhnə xasiyyətindən əl çəkə bilməyən İsmayıl Bədəlov şirkətin keçmiş rəhbərliyinin və kollektivinin ayağının altını qazmağa başlayır və xeyli söz-söhbətə səbəb olur. Ona görə də rəhbərlik məcburiyyət qarşısında qalıb İsmayıl Bədəlovu şöbə rəisliyindən sıravi “revizor” vəzifəsinə keçirir. Ancaq İsmayıl sıravi “revizor” olanda da dinc dayanmır.

Bir gün İsmayıl Bədəlovun əlinə şirkətin keçmiş rəhbərliyinin xaricdən gətirdiyi malların siyahısı keçir və o fikirləşir ki, bu biznesi elə mən özüm də görə bilərəm. Və sevinə-sevinə guya təzə bir təklifnən şirkətin rəhbərliyinə müraciət edir.

Və İsmayıl Bədəlov rəhbərliyi inandırmağa çalışır ki, Bakı şəhərində aparılan abadlıq işləri ilə bağlı yol qıraqları üçün lazım olan bardürləri Çindən gətirə bilər. Guya İsmayıl Bədəlovun Çində böyük şirkət rəhbərləri ilə yaxın münasibətləri var. Ancaq rəhbərlik müəyyən araşdırmadan sonra İsmayıl Bədəlovun yalan danışdığını üzə çıxardır. Və İsmayıl Bədəlovun “bardür”ü öz başında çatlayır.

MƏRKƏZİ BANKA TAMAH SALAN “REVİZOR”...

İsmayıl Bədəlovun yalanlarından bezən rəhbərlik onu “revizor”luqdan da azad edərək təchizat idarəsinə anbardar təyin edir. Ancaq İsmayıl Bədəlov yenə dinc durmur, yeni saxta projelər barədə başını sındırır...

İsmayıl Bədəlovun əməlləri bununla bitmir. Sən demə, İsmail Bədəlov təxminən 4 il bundan əvvəl Çindəki dostlarını Bakıya, buradan isə Yəmənə Sultan üçün yeni şəhər salmağa aparmaq fikirində imiş.

İsmayıl Bədəlov hətta Yəməndə ona tərcüməçilik etmək üçün adam da tapıbmış. Bu onun dostu Bakı Dövlət Universitetinin şərqşunaslıq fakültəsinin məzunu və uzun illər Yəməndə işləyən Səbuhi Paşayevdir. İsmayıl ondan da xahiş etmişdir ki, Yəməndə onlara tərcüməçilik etsin.

O illərdə İsmayıl Bədəlov işsiz olaraq yenə də böyük şirkətlərin və böyük layihələrin ovuna çıxmışdı. Və ağlına da gəlməzdir ki, 2011-ci ildə Akkord şirkətində rəhbərlik dəişiləcək, o isə şirkətdə müvəqqəti də olsa vəzifə sahibi olacaq. Ancaq bu vəzifənin ömrü uzun sürmədi...

Geri qayıt