Əsas Səhifə > Güney Press, Araşdırma > DEPUTATLAR DA BİGANƏ QALMADI
DEPUTATLAR DA BİGANƏ QALMADI22-05-2012, 12:28 |
MİLLİ MƏCLİSDƏ İRANA YÖNƏLİK ÇIXIŞLAR Milli Məclisin (MM) bugünkü iclasında deputatlar “Eurovision-2012” mahnı müsabiqəsinin əleyhinə çıxışlara münasibət bildiriblər. APA-nın məlumatına görə, YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı deyib ki, rəsmi dövlət adında İslam sözü olan İranın Ermənistanla eyni mövqe tutması təəssüfləndiricidir: “İranın Azərbaycandakı səfirliyi qarşısında gənclərimizin keçirdiyi aksiya məntiqə uyğun idi”. O, İranın Azərbaycandakı səfirinin ölkəsinə çağırılmasına da münasibət bildirib və bunun yolverilməz hal olduğunu vurğulayıb. Deputat Qənirə Paşayeva M. Qurbanlının dediklərinə dəstək verib: “Əvvəlcə dedilər ki, Bakıda gey-parad olacaq. Azərbaycan tərəfi belə bir şeyin olmadığını bildirəndə, dedilər ki, bu, müsəlmançılığa ziddir”. Geri qayıt |