Əsas Səhifə > Dünya > MİSİRDƏ ƏRƏB BAHARI BİTMƏYİB
MİSİRDƏ ƏRƏB BAHARI BİTMƏYİB22-05-2012, 13:26 |
ÖLKƏDƏ BU GÜN SÜKUT GÜNÜ, SABAH İSƏ PREZİDENT SEÇKİSİDİR Misirdə mayın 23-ü və 24-də keçiriləcək prezident seçkisindən əvvəl sükut günü elan edilib. Namizədlərin təbliğat-təşviqat kampaniyası ötən gün başa çatıb. 3 həftə davam edən seçkiqabağı kampaniya son onilliklərdə ən fəal hesab edilir. Ölkə tarixində ilk dəfə ən populyar namizədlərin iştirakı ilə teledebatlar keçirilib. Prezidentliyə namizədlər təbliğat-təşviqat kampaniyasına yüz milyonlarla dollar xərcləyib. Prezident postu uğrunda 13 nəfər mübarizə aparır. Ən real namizədlər ölkənin keçmiş xarici işlər naziri və Ərəb Ölkələri Liqnasının keçmiş sədri Əmr Mussa, Hüsni Mübarək dövrünün ən son baş naziri Əhməd Şəfiq, 'Müsəlman qardaşları' hərəkatının sədri Məhəmməd Mursi, sosialist Həmdin Sabbahi və müstəqil namizəd Əbdülmonem Əbülfotux hesab edilir. 50 milyona yaxın misirli səsvermə hüququna malikdir. Prezident seçkisi iki mərhələdə keçiriləcək. İkinci tur iyunun 16-17-nə təyin edilib. Yekun nəticələr iyunun 21-də elan olunacaq, hakimiyyətin təhvil verilməsi isə iyunun 30-da baş tutacaq. Qeyd edək ki, Misirdə prezident seçkisi ölkədə idarəçiliyin hərbi hökumətdən seçilmiş vətəndaş hökumətinə təhvil verilməsi istiqamətində sonuncu və ən mühüm addım olacaq. Xatırladaq ki, Ali Hərbi Şura Misirdə hakimiyyətə 2011-ci ilin fevralında, Hüsni Mübarək devrildikdən sonra gəlmişdi. Geri qayıt |