Əsas Səhifə > Siyasət, Manşet > İCRA BAŞÇISI ÖZÜNƏ «XAN SARAYI» TİKDİRİR

İCRA BAŞÇISI ÖZÜNƏ «XAN SARAYI» TİKDİRİR


22-05-2012, 13:50
İCRA BAŞÇISI ÖZÜNƏ «XAN SARAYI» TİKDİRİR

VİLYAM HACIYEVİN YENİ VİLLANI BƏYLƏR ƏYYUBOVA VERƏCƏYİ DEYİLİR

DİA.AZ: - Samuxu «qızıla qərq etdikdən» sonra buna mükafat olaraq İmişli kimi köklü bir rayona icra başçısı göndərilən Vilyam Hacıyev elə ilk günlərdəncə özünün əsl kimliyini göstərməyə başlayıb. Elə bunun nəticəsidir ki, Samuxda olduğu kimi İmişlidə də Vilyam Hacıyev üçün bir nömrəli hədəf sahibkarlardır.

Xatırladaq ki, Vilyam Hacıyev hələ də Samux sahibkarlarından olan rayonun Asfalt Beton Zavodunun müdiri Nəsrulla Nəzərova 491 min manat həcmində pul atdığından bu gün 400-ə yaxın ailə Samuxun sabiq icra başçısının pulu nə zaman qaytaracağını gözləməkdədir. Təbii ki, başçının əslində zavodun işçilərinə maaş olaraq verilməli olan həmin pulları geri qaytarmaq niyyəti yoxdur. Əgər belə olsaydı, iş məhkəmələrə düşməzdi və bu gün Azərbaycan məhkəmələrində öz haqqını bərpa edə bilməyən Nəsrulla Nəzərov Vilyam Hacıyevdən ala bilmədiyi pulu Avropa İnsan Haqqları Məhkəməsinin əli ilə almağa hazırlaşır.

Onu da bildirək ki, Vilyam Hacıyev İmişlidə də yerli sahibkarlara divan tutmağa başlayıb. Qeyd edək ki, binəva imişlililər əvvəlki icra başçısının zamanında da yerli məmurların özbaşınalıqlarından dad deyirdilər. Hətta bir müddət əvvəl haqqları tapdanan İmişli sahibkarlarının aclıq aksiyası keçirməsi də bütün ölkədə səs-küyə nədən olmuşdu.

Bütün bunları bilə-bilə Vilyam Hacıyevin rayona gələr-gəlməz sahibkarlara haqq qoyduğunu söylənilir. Bu barədə DİA.Az-a məlumat verən mənbə iddia edir ki, sahibkarlardan «özümə yeni ev tikdirirəm, mənim İmişlidə evim olmalı deyil» ifadəsi ilə pul toplamağa başlayan yeni icra başçısı iriliyindən-xırdalığından asılı olaraq hər bir iş adamının boynuna 2 min manatdan 5 min manata qədər «ev pulu haqqı» qoyub.

Mənbəmiz isə bildirir ki, əslində Vilyam Hacıyev özünə heç də bir daxma qaraltmır: «Əməlli-başlı villa tikdirir və hətta indidən həmin villanın «Xan Sarayı» olacağı da məlumdur. Çünki Türkiyədən bu məqsədlə iki memar gətirilib və onlara «Xan Sarayı» projesinin inşası tapşırılıb».

Rayondakı qaynaq onu da iddia edir ki, İmişlidə yeni tkiləcək villanın Xüsusi Dövlət Mühafizə Xidmətinin rəis müavini Bəylər Əyyubova bağışlanılacağı haqda da şaiyələr yayılıb: «Hər kəsə deyilir ki, yeni tikilən ev Bəylər müəllimə məxsusdur. Ola bilsin ki, Vilyam Hacıyev Bəylər Əyyubovun adından istifadə edir və özünə tikdirdiyi sarayın ona məxsus olduğunu söyləyir. Amma ola da bilər ki, ica başçısı elə sarayı Bəylər Əyyubova bağışlasın. Çünki hər yerdə oturub-durub deyir ki, onu bu posta Bəylər Əyyubov qoyub və ona canını da verməyə hazırdır».


Geri qayıt