Əsas Səhifə > Sosial, Manşet > PROKUROR KÖMƏKÇİSİ PRİTON İŞLƏDİR

PROKUROR KÖMƏKÇİSİ PRİTON İŞLƏDİR


23-05-2012, 12:17
PROKUROR KÖMƏKÇİSİ PRİTON İŞLƏDİR

İSMAYILLI SAKİNLƏRİ DİN VƏ BAŞ ROKUROLUĞA MÜRACİƏT ÜNVANLADI

DİA.AZ: - İsmayıllıda prokuror köməkçisi əxlaqsızlıq yuvası saxlayır. Bu barədə İsmayıllı rayon sakinləri məlumat verib. Sakinlər bildiriblər ki, əxlaqsızlıq yuvası şəhərin düz mərkəzində, yaşayış binalarının yanında fəaliyyət göstərir. Gündüzlər kafe kimi fəaliyyət göstərən əxlaqsızlıq yuvası gecələr bar kimi işləyir:

“Çox biabırçı vəziyyət yaranıb. Şəhərin mərkəzində Zərdabi küçəsində fəaliyyət göstərən bu obyektdə qadın alverilə məşğuıl olurlar. Heç bir aidiyyəti qurum isə buna mane ola bilmir. Kafe adı ilə işləyən bu obyektdə açıq-aşkar qadın alveri gedir. Kafe həm də İsmayıllı rayonunun Mərkəzi Avtovağzalının həyətində fəaliyyət göstərir. Rayonlardan Bakıdan gələn marşrutlar, taksilər birinci bu avtovağzala gəlir. Gələnlər də bu obyektə cəlb edilir. Gün ərzində burada 10-dan artıq qadın müştərilərə satılır. Heç kəs də bu özbaşınalığın qarşısını ala bilmir. Axşama qədər burada sakit alver getsə də, gecələr həmin obyektə qadın dalınca imkanlı şəxslərin övladları gəlir. Obyektdə səs-küy, yüksək səslə söyüşlər söyülür, əxlaqsız hərəkətlərlə məşğul olurlar”. Sakinlər deyirlər ki, kafedəki əxlaqsız hərəkətlər artıq son həddə çatıb. İş o yerə çatıb ki, kafeyə fahişə qadın dalınca gələn müştərilər qızlarla birlikdə kafedən çıxıb yaşayış binalarının qarşısında əxlaqsız hərəkətlər edir . Bununla bağlı sakinlər dəfələrlə etiraz aksiyası keçirsələr də, heç bir xeyri olmayıb. Bu barədə rayon icra hakimiyyətinə, rayon polis şöbəsinə, prokurorluğa dəfələrlə müraciət olunub. Amma, müraciətlərin heç bir müsbət faydası olmayıb. Əksinə, şikayət edənlər rayonun hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən təqib edilib, hədələnib və ya həbs olunmaqla qorxudulub. Buna görə də, artıq heç kim bu barədə şikayət edə bilmir.

Sakinlərin dediyinə görə, əxlaqsızlıq yuvasına İsmayıllı rayon prokurorunun köməkçisi Ehtiyac adlı şəxs(soyadını dəqiqləşdirə bilmədik) rəhbərlik edir. Hər gün 10-15 saat obyektə nəzarət etmək üçün orada olan həmin şəxs vəzifə adamı olduğundan ona heç kim söz deyə bilmir. Rayon prokuroruna arxayın olan Ehtiyac kafedə əməlli-başlı fahişəxana açıb. Hətta, o obyektə Bakıdan və digər rayonlardan da qadınlar gətirməklə fahişəliyə cəlb edir. Məsələ ilə bağlı sakinlər üç dəfə rayonun mərkəzi yolunu bağlamaq qərarına gəlib. Lakin, rayonun hüquq mühafizə orqanları etiraz aksiyasını dağıdaraq əhalini hədə yolu ilə susdurub.

Sakinlər məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsi və Baş Prokurorluğa müraciət etmək qərarı verib. / olaylar /


Geri qayıt