Əsas Səhifə > Sosial, Manşet > NAZİR XANIMI MƏHKƏMƏYƏ BAŞ VURDU

NAZİR XANIMI MƏHKƏMƏYƏ BAŞ VURDU


23-05-2012, 13:42
NAZİR XANIMI MƏHKƏMƏYƏ BAŞ VURDU

AZƏRBAYCANLI NAZİRİN AİLƏSİ DAĞIMAQ ƏRƏFƏSİNDƏDİR

DİA.AZ: - Son zamanlar sosial rifah halının pisləşməsi səbəbindən Azərbaycan ailələrində daxili konfliktlər artıq bir ənənə halını alıb. Bunun da nəticəsidir ki, bu gün Azərbaycanda boşananların sayı yeni evlənənlərin sayını çox ciddi şəkildə üstələyib. Bu rəqəmlər isə ölkəmizin gələcəyini belə şübhə altına alan bir gələcəyi anons etməkdədir.

Onu da bildirək ki, ailələrin dağılmasının yeganə səbəbi heç də maddi rifah halının aşağı olması deyil. Bəzən maddi rifah halı yüksək olanda da ailələr dağılır. Elə DİA.AZ-a daxil olan ilginc məlumatlardan da bu bəlli olur.

Belə ki, redaksiyamıza məlumat verən mötəbər mənbə iddia edir ki, bu günlərdə çox yüksək ranqlı məmurlardan birinin xanımı Bakı məhkəmələrinin birinə boşanma ərizəsi ilə müraciət edib:

«Uzun müddətdir ki, həmin nazirlə həyat yoldaşının münasibətlərində gərginlik yaşanır. Hətta onların evləri də ayrıdır. Nazir isə özündən qat-qat aşağı yaşı olan gənc bir xanımla qeyri-rəsmi nigahdadır. Amma buna baxmayaraq, rəsmi həyat yoldaşının hər cür maddi ehtiyacını qarşılayır».

Lakin qadın qüruru nəhayətdə nazir xanımını məhkəməyə müraciət etməyə vadar edib. Məlumatlı mənbənin sözlərinə görə, nazir tərəfindən rəsmi həyat yoldaşı üçün ayrılmış sürücü bu xəbəri artıq nazirin özünə də çatdırıb: «Lakin nazirin öz xanımını boşaması mümkünsüzdür. Hətta bu, ona vəzifəsi hesabına başa gələ bilər. Hər halda hakimiyyət komandasında belə birisinin qalması da inandırıcı deyil».

Onu da bildirək ki, bir başqası ilə iki ildən artıqdır qeyri-rəsmi nigah həyatı yaşayan həmin gənc nazirin kimliyi barədə redaksiyamızda dəqiq məlumatlar var. Bu faktları isə yaxın günlərdə diqqətinizxə çatdıracağıq. Çünki hələlik nazirin boşanmaya qarşı olduğunu bildirilir və məhkəmələrə rəsmi həyat yoldaşının ərizəsini qəbul etməməsi barədə təzyiqlər edir. Yəni hələlik gözləmək zorundayıq...


Geri qayıt