Əsas Səhifə > Güney Press, Araşdırma > BU DA OLACAQDI

BU DA OLACAQDI


23-05-2012, 13:51
BU DA OLACAQDI

AZƏRBAYCAN-İRAN SƏRHƏDDİ BAĞLANDI

Bu saatlarda Astara rayonundan aldığımız məlumata əsasən İranla-Azərbaycan sərhəddi bağlanıb. Sərhəddə olan vətəndaşlar GUNDEMİNFO.AZ-a bildiriblər ki, 24 saatdan artıqdır ki, sərhəddən yük maşınlarının buraxılması yasaqlanıb.

Hansı dövlət tərəfindən sərhədlərin bağlandığı barədə məlumat verilməsə də, söylənilir ki, yük maşınlarını hər iki tərəf nə İran, nə də Azərbaycan tərəfi keçid məntəqələrindən buraxmır.

Qeyd edək ki, son günlər Azərbaycanla İran arasında diplomatik gərginlik yüksələn xətlə davam etməkdədir. İranın Azərbaycandakı səfirini Tehrana çağırması, Azərbaycanın İrandakı səfirinin XİN-ə dəvət olunaraq xəbərdarlıq edilməsi prosseslərin bir qədər də gərginləşməsinə səbəb olub.

Qeyd edək ki, İran tərəfi sonuncu dəfə Bakıda səfirliyin qarşısında keçirilən aksiyada dini liderlərinin təhqir olunduğunu iddia edərək buna cavab verəcəklərini bildirməklə Bakını təhdid etməyə çalışdılar. Bunun ardından isə İranın informasiya agentlikləri total şəkildə Bakıda keçirilən «Eurovision» yarışması ilə bağlı olaraq anti-təbliğat aparmağa başladılar.

Tərəflər arasında yaşanan bu gərginlik hər gün artmaqdadır. Azərbaycanın cənub rayonlarında da artıq İranın təsiri altında olan və «Eurovision» yarışmasının əleyhinə təbliğat aparan mollaların həbsi reallaşıb. İki mollanının həbs edildiyi bildirilir.

Bu arada aldığımız məlumatda deyilir ki, İran səfirini geri çağıraraq Azərbaycanla sərhədlərini bağlamaq qərarına gəlib. Məlumatlara əsasən dünən İran prezidenti Mahmud Əhmədinecata, Türkiyə prezidenti Abdulla Gül bağlı qapılar arxasında məhz yük daşınmaları ilə bağlı olaraq məsələni müzakirə ediblər. Görüşdən sonra jurnalistlərə verilən açıqlama bildirilib ki, tərəflər iqtisadi əməkdaşlığı dərinləşdirməklə bağlı ciddi razılıq əldə ediblər.

GUNDEMİNFO.AZ yazır ki, İranın Pakistanla Belucistan əyalətindəki sərhədləri bağlamasından sonra yeganə quru yolu olaraq Azərbaycandan Rusiyaya, Ukraynaya yük daşınmalarını həyata keçirə bilirdi. Ekspertlərin fikirinxə İran bu qədər ağır iqtisadi şərtlərlə razılaşaraq, yəni Azərbaycanla sərhədləri qapadaraq özünü çətinə salmaz. Lakin ilkin xəbərlərdə deyilir ki, İran sərhəddi bağlamaqla Türkiyə ərazisindən Qara dənizə çıxış əldə etmək istəyir. Eyni zamanda Xəzər dənizi vasitəsilə də Rusiyaya yükdaşınmalarının həcmini artırmağı planlaşdırır.

Maraqlıdır ki, İran Azərbaycanla sərhədləri qapatmaq haqqında qərar verərsə, o zaman daha çox Naxçıvana iqtisadi zərbənin dəyəcəyi gözlənilir. Lakin bütün hallarda Azərbaycan iqtidarının İranla bağlı olaraq tutduğu mövqe dünya tərəfindən dəstəklənir. Və birmənalı olaraq Azərbaycanın fars-molla rejimi ilə bağlı olaraq mövqeyində düzgün yol tutduğu qeyd olunur.

Daxil olan digər bir məlumata, İranla Naxçıvan sərhəddi də bağlanıb. Belə ki, dünən günorta saatlarından başlayaraq, İran gömrükçüləri bir neçə sərnişin avtobusu istisna olmaqla, Culfa gömrüyündən İran ərazisinə avtomobillərin girişini heç bir izahat vermədən dayandırıblar.


Geri qayıt