Əsas Səhifə > Güney Press, Araşdırma > CAVİD QURBANOV İSTANBULDA OBYEKT ALIR
CAVİD QURBANOV İSTANBULDA OBYEKT ALIR23-05-2012, 13:54 |
DEPUTAT TÜRKİYƏYƏ ETİBAR ETDİYİ ADAMINI EZAM EDİB “Azəryolservis” SC-nin sədri, millət vəkili Cavid Qurbanov Türkiyədə biznes qurur. Bu barədə “AzeriNews.org”-a daxil olan məlumatlarda bildirilir ki, Cavid Qurbanov Türkiyənin paytaxtı İstandulda bir neçə obyektin alınması istiqamətində axtarışlarını davam etdirir. Hətta Cavid Qurbanova uzun illər xidmət etmiş və tam etibarını qazanmış Mahir adlı sürücüsü Türkiyəyə ezam edilib. Daxil olan məlumatlarda qeyd edilir ki, hal hazırda Cavid Qurbanovun Mahir adlı sürücüsü İstanbulda deputatın nümayəndəsi kimi obyektlərin alınmasında danışıqlar aparır. Danışıqlar baş tutacağı təqdirdə deputat bir neçə obyektə sahiblənə biləcək. Ehtimal olunur ki, qiyməti milyonlarla ölçülən obyektlər əslən azərbaycanlı olan Türkiyədə yaşayan şəxsin adına rəsmiləşdiriləcək. Ancaq alınacaq obyektlərin hansı formada fəaliyyəti hələlik məlum deyil. Geri qayıt |